“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı
7 yanvar 2026
# 15:10

Nobel mükafatı laureatlı türk yazıçı Orxan Pamukun “Məsumiyyət muzeyi” romanı əsasında çəkilən serialın yayım tarixi açıqlanıb.

Kulis.az xəbər verir ki, serial 13 fevral 2026-cı ildə rəqəmsal platformalardan birində yayımlanacaq.

Baş rolları Selahattin Paşalı və Eylül Lize Kandemirin canlandırdığı serialın rejissoru Zeynep Günaydır.

Serialda Kemal obrazını Selahattin Paşalı, Füsun obrazını isə Eylül Lize Kandemir canlandıracaq.

Ssenarisi Ertan Kurtulan tərəfindən qələmə alınan 9 seriyalı layihənin aktyor heyətində Ercan Kesal, Oya Unustası, Tilbe Saran, Cansel Elçin, Neslihan Arslan, Onur Ünsal, Bülent Emin Yarar və Aybike Turan kimi tanınmış sənətçilər də var.

# 205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər