Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film
7 avqust 2025
# 10:35

Məşhur "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kameron Hiroşima və Naqasakiyə atom bombalarının atılmasını əks etdirən yeni film üzərində işləyir.

Kulis.az xəbər verir ki, o, amerikalı yazıçı Çarlz Pelleqrinonun "Hiroşimanın ruhları" kitabını ekranlaşdırmaq üçün ssenari yazmağa başlayıb.

Kemeron bu layihəni "müqəddəs borc" adlandıraraq, hər iki bombalamadan sağ çıxan Tsutomu Yamaqutiyə verdiyi vədi yerinə yetirdiyini bildirib.

Qeyd edək ki, film İkinci Dünya Müharibəsinin sonundakı nüvə hücumlarını əks etdirəcək.

# 357 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər