Sənədli filmlər festivalı payızda keçiriləcək

Sənədli filmlər festivalı payızda keçiriləcək
28 iyul 2020
# 13:17

Rusiyada daha bir ənənəvi kinofestivala film qəbulu yeni elan olunub.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, “Rusiya” sənədli filmlər festivalı noyabrın 23-dən 28-dək Yekaterinburq şəhərində keçiriləcək.

Qeyd edək ki, xarici filmlər üçün də açıq olan sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən təşkil olunur. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim edilir. Festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, elmi-kütləvi və sənədli televiziya filmləri də qəbul olunur. İştirak üçün ərizələr sentyabrın 10-dək qəbul edilir.

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #