Misir filmi Cenevrədə qızıl medal aldı

Misir filmi Cenevrədə qızıl medal aldı
23 iyun 2020
# 10:10

Misir kinematoqrafçılarının ərsəyə gətirdikləri “Mənim gecəm” bədii filmi COVID-19 pandemiyası ilə əlaqədar İsveçrədə onlayn versiyada keçirilən Cenevrə Oriyental Kinofestivalının qızıl medalına layiq görülüb.

Festivalda Şərq ölkələrində qadın yaradıcılığı, zorakılığın bütün təzahürlərinə qarşı etiraz, daya yaxşı gələcəyə ümid təbliğ edən filmlər nümayiş etdirilib. Böyük şəhərdə ailə problemləri, qadın hüquqları və cəmiyyətdəki ziddiyyətlərdən bəhs edən “Mənim gecəm” ekran əsəri onların arasında ən yaxşısı seçilib. Jüri bu filmi yekdilliklə qızıl medala layiq görüb.

“Mənim gecəm” filmi bundan əvvəl Afrika Kino Festivalında mükafat alıb. Yaradıcı heyət, həmçinin UNICEF-in qrantını da alıb. /azertag.az/

# 2852 dəfə oxunub

Müəllifin son yazıları

# # #