Məşhur ingilis yazıçısı Çarlz Dikkensin “Nəsrlə yazılmış Milad nəğməsi” povest-nağılı əsasında ekranlaşdırılan “Yeni il nəğməsi” mini-serialın çəkilişləri başa çatıb.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, serialın sseanri müəllifi Stiven Nayt, rejissoru Nik Merfidir. Əsas rollarda Qay Pirs, Endi Serkis, Şarlotta Rayli, Vinetta Robinson çəkiliblər.
Stivin Nayt xarici mətbuata verdiyi açıqlamasında bildirib ki, müasir adaptasiya ilə ekranlaşdırılan üç saatlıq mini-serial Yeni il bayramından sonrakı tətil günlərində ekranlara çıxacaq.
- Rusiyada rəssamı zorlayıb öldürdülər
- Azərbaycanlıların sıxışdırılmasına etiraz edən millətçi təşkilat – REPRESSİYA TARİXİ
- Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
Ssenarist yaxın beş il ərzində Dikkensin daha bir neçə romanı üzərində işləyəcəyini də açıqlayıb.
“Yaxşı aktyorlarla işbirliyi yarada bilsək, “Devid Kopperfild”, “Oliver Tvist” və “Böyük ümidlər” romanlarını da ekranlaşdırmaq fikrindəyik. Bunun üçün tamaşaçıların “Yeni il nəğməsi” serialına münasibəti də çox vacibdir”.