Sübhün azan vaxtında, vaxtın azan yerindən - HAQQARAR

Sübhün azan vaxtında, vaxtın azan yerindən - <span style="color:red;">HAQQARAR
3 avqust 2017
# 15:16

Unudulmazlardan üçünə -

Eldar Baxışa, Rafiq Tağıya, Dəyanət Rzayevə

Uçulur gecə sökülən dan yerindən

uçunur toran üfüq boyunca

əcəl tək hərləyir öz oxu

Axillesdaban Yeri gündoğan yerindən

dünyaca cəh-cəhi batırırsa it səsi

sübhün azan vaxtında vaxtın azan yerindən

balıqçısı balığı

balıq yoxsa tilovu suya batırıb yesin

buruqla tor qurublar Dəmir daban yerindən

it rəddidir sahil boyu uzanıb gedir

insan izi görən yerdən qayıtdım geri

bu Tövrat bu İncil bu Quran yerindən

antik yunan attik Roma əntiq Şərq

əshabələrlə kral keçir

əsrlər keçir

qırx incəbel qızla xotkar qızı Nigar keçir

pəncərədən daş kimi gələn günəş

özünü asan yerindən

siqaret yandırır səhər

bir papiros kötüyü tək tapdanır şəhər

külqabıya dönür ölkə tiran yerindən

külək xəmir yoğurur kündə tutur dənizdə

acıb açıb kündələri yapır sahilə

zərrin ləpələr göz qaş edir sahilə göz qaş

par par yanan ehtirası gözlə bir azdan

bütün bu cahan yatıb duran yerindən

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #