Tanınmış şairlərimizdən biri bu şeiri yazıb Kulis.az-a göndərib. O, şeirin yayılmasını istəsə də, imzasının getməsini istəmir. Səbəb: şeir açıq-saçıqdır! Yəni, erotik! Əslində isə şeir o qədər də açıq-saçıq deyil. Əksinə, açıq-saçıq mətləblər ədəbi fəndlərlə verilib. Buyurub oxuya bilərsiniz.
Sevgi mənzərəsi
erotik
Kitabın içindəkilər əvvəldən bəlli olur,
ömrün içindəkilər sonradan,
Mən ki, dili şükürlüyəm,
Demək xoş günlər də yazıbmış Yaradan.
Pəncərədən döşəməyə vuran ay işığında
Soyulmuş haça çinar misalın var,
Qıçların qoşa mildi,
Ortasından yarılmış nar misalın var.
Soyunmuş qadın ikilikdə kişi üçün
heç yerdə olmayan mənzərədi, -
Paçan bir ucu gen, bir ucu dar dərədi,
ariflər getdi-gəldi doydum demədi,
axırda təşnələrtək ağzını dirədi.
Uzun telləri gah sünbül hör,
gah töküb yastığa yay,
Belə tamaşaçılara teatrlar da həsəd aparar -
Tamaşana dayanıb yerdə şair, göydə ay
Onun da halına vay, mənim də halıma vay!
Bir vay da bunların halına düşür,
Biz dik dayananda onlar da oyanır,
Qarşı-qarşıya, dimdik-dimdiyə dayanır.
Göbəyindi süd gecədə ay deyilən,
Ombalardı almalara tay deyilən.
Sinənin üstündə bir cüt ağ göyərçinin
Dimdikləri su içirmiş kimi ağzı göyədi.
Deyirsən elə əm dil dəysin, diş dəyməsin,
Zalım qızı, diş məməyə neynədi,
Uzaq başı bir balaca göynədir.
Öpüşəndə qan üzünə sağılmışdı,
Qızdırmalı uşaq kimi pörtmüşdün,
İndi ayazıdı, sifətin üstünə döndü,
Ortan boğmalı stəkan kimidi,
altdan-üstdən əcəb gendi.
Günahdı aşiq-məşuq belə yerdə duruşa,
Heyranam dodaqlar buz üstündə xizək kimi
çiynindən qollarına, buxaq altda sürüşə.
Bir ovçu bir quşa nə qədər güllə sıxar,
Bu niyyətlə yanına nə üznən qayıdıram?!
Həmişə dolu patronla gəlirəm,
zalım, boş giliznən qayıdıram.
Nə durmursan, nə geyinmirsən,
Elə bil üstünə qar yağıb kəsib
Tərpənsən nuş olan xatirələr dağılacaq.
Xəyalın dolanıb qəlbin bulanmasın,
Demə bu günahdı, biz neylədik...
Əgər günaha batırıqsa, Tanrının izniylədi.
O yerdə ki əndam-əndamadı, tən-tənədi.
İki sevən can üçün ən gözəl təntənədi.
02.09.2017