Qaranlıq xəyanətin qapısıdı-Mintac Elsevərin şeiri

Qaranlıq xəyanətin qapısıdı-<span style="color:red;">Mintac Elsevərin şeiri
6 sentyabr 2016
# 10:45

Kulis.az Mintac Elsevərin Aqşin Yeniseyin “Axı necə izah edim sənə tənhalığı” şeirinə yazdığı nəzirəni təqdim edir.

Mənə tənhalığı anladan şair!

Bilirsən, o mənim gözlərimdədi.

Mən yumuram, o açılır

doğulandan yarımçığam

bir tərəfim tənhalıq...

Adi adam kimi unudulmaqdan qorxursan?

Nə sultanlar, sərkərdələr unuduldu bilirsən...

Yenildi Sezarlar dost Brutlara

Napoleonlar Taleyranlara


sevirsənsə qorxmalısan

əksi isə tənhalıqdı unutma.

Ayrılıq

bu dünyanın ən ağır çəkilən dərdidi,

bəlkəsiz.

yaşanıb unudulacaq yeni sevgilərdi...

hər küçəsi, hər tini boşluqlardan ibarətdi.

özü unutmağı bacarmadığı kimi

sənə də kimsəni unutdurmağa

nə peyğəmbərinin nə də özünün gücü yetməz tanrının.

günahkar olmasaq da

bilməliydik,
insanlara yaxınlaşdıqca onlar daha uzaq olurlar...

təəssüf,

gözlərimiz ağlamağa

əllərimiz göz yaşlarını silməyə məhkumdu

qadınlar-yəni biz-qaranlıqdan bəyazıq,

kişilər-yəni siz-qaranlıqda gözləyirsiz
qaranlıq xəyanətin qapısıdı

Bağışlasın ilahi, biz də elə onun qədər tənhayıq...

insan hər yerdə izlənir...

insan hər yerdə izlənir...

# 1634 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #