Fikrət Qoca: “Çalışacam savadımı artırım” - MÖVQE

Fikrət Qoca: “Çalışacam savadımı artırım” - MÖVQE
5 fevral 2016
# 11:42

Xalq şairi Fikrət Qocanın gənc şair Emin Pirinin onun haqqında söylədiyi tənqidi fikirlərlə bağlı Kulisə verdiyi blitz müsahibəni təqdim edirik.

- Fikrət müəllim, Emin Piri sizi “kəmsavad” adlandırıb.

- İndi deyib, deyib də. Öz fikridir. Mən nə deyə bilərəm ki?

- Axı siz kəmsavad deyilsiniz…

- O elə düşünür ki, kəmsavadam da…

- Bir də deyir ki, siz başqalarına “kəmsavad” deyirsiniz.

- Onu düz demir. Mən heç kimə kəmsavad demirəm. Mənim xətkeşim yoxdu ki, camaatın savadını ölçüm.

- Rəşad Məcid deyir ki, Emin Pirinin məsələsi katiblikdə müzakirə olunacaq.

- Düzü bundan xəbərim yoxdur.

- Bəs müzakirə olunanda siz nə deyəcəksiniz?

- Elə sizə dediklərimi.

- Yəni üzvlükdən çıxardılmaq məsələsi qoyulsa nə deyəcəksiniz?

- Mən istəmirəm o üzvlükdən çıxardılsın.

- Bəs indi nə edəcəksiniz?

- Çalışacam savadımı artırım…. (gülür)

# 795 dəfə oxunub

Müəllifin son yazıları

# # #