Ölüyuyan – Zahid Sarıtorpaqdan QISA HEKAYƏ

Ölüyuyan – <span style="color:red;">Zahid Sarıtorpaqdan QISA HEKAYƏ
4 avqust 2017
# 21:00

Təzə qonşumuz mürdəşir idi. Hər rastlaşanda üzümə irişirdi. Mənsə, üşənirdim. Tez evə qayıdıb, güzgüyə baxırdım.

Bir gün çox qaşqabaqlıydı. Köhnə qonşumuzdan soruşdum:

– Buna noolub mısmırığını sallayıb?

– Day ölü yumur, başdanxarab. Kreditlə maşın alıb taksavatlıq eləyir. – Sonra da başını yırğaladı – Bədbəxtdi də, gül kimi işini buraxıb, qoşuldu bizim cərgəyə.

Səhərisi yenə rastlaşdıq. Nədənsə, bu dəfə mən ona gülümsədim. Üzümə baxıb, baxıb, tez geri qayıtdı.

Deyəsən, güzgüyə baxmağa getdi...

# 787 dəfə oxunub

Müəllifin son yazıları

# # #