Adamlar yaşamaqdan yorulur – APREL ŞEİRİ

Adamlar yaşamaqdan yorulur – <span style="color:red;">APREL ŞEİRİ
30 aprel 2017
# 12:00

Kulis.az Şəhriyar del Geraninin “Aprel şeiri”ni təqdim edir.


adamlar yorulanda,
ağaclar quruyanda,
bir də gördün payız gəlir
çoxalırlar uzaqlar
və hər dəfə belə olur
aramız soyuyanda...

quşlar uçmaqdan yorulur
adamlar yaşamaqdan.
sən də lap yorğun düşmüsən
məni bağışlamaqdan.

ümidlərlə başını qat
bir az səadət uydur,
dərmanını qucaqla yat
aramız soyuyanda...

boş qoyub getdiyin şəhər,
baş götürüb getdiyin ev,
beş-on ürkək xatirələr
bir də səndən uzaq var.

gətir silim göz yaşını,
yenə havada yellənir
yorğun düşüb əllərin
məni bağışlamaqdan...

adamlar yorulanda,
ağaclar quruyanda
bir də gördün payız gəlir
çoxalırlar uzaqlar

...və hər dəfə belə olur
aramız soyuyanda

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

# # #