Axı biz hansı dildə danışırıq?ARAŞDIRMA

Axı biz hansı dildə danışırıq?<span style="color:red;">ARAŞDIRMA
24 sentyabr 2014
# 10:08

Kulis.az tanınmış coğrafiyaşünas alim Murad Adjının “Axı biz hansı dildə danışırıq?” məqaləsini Əyyub Məmmədovun tərcüməsində təqdim edir.

Əyyub Məmmədovdan oxucuya:

Tərcüməçidən: Əziz oxucu! Keçən əsrin II yarısından etibarən dilçilik tarixində sanki şimşək tək çaxan moskvalı coğrafiyaşünas alim Murad Adji türkçülüyün araşdırılmasına elə böyük töhfələr verdi ki, bunu onun ən qəddar opponentləri belə dana bilməzlər...

Qumilyovdan sonra məhz o, Avropa, Asiya və hətta bütün dünyada türk dilinin baza dillərdən biri olduğunu, hətta bir sıra dillərin bu dilin dialektləri olduğu fikrini kifayət qədər inandırıcı dəlillərlə isbata yetirməyə çalışdı və bununla da demək olar ki, dilçiliyə gözlənilməz, dəyərli baxış gətirdi. Onun bir-birinin ardınca oxuculara təqdim etdiyi son dərəcə qiymətli əsərləri: “Qıpçaq çöllərinin yovşanı”, ”Avropa, türklər”, “Böyük Səhra”, “Qıpçaqlar”, “Qıpçaqlar, oğuzlar”, “Türklər və dünya. Gizli saxlanılan tarix”, “Armageddonun nəfəsi” və b. dilçiliyin əsasları haqqında köhnə təsəvvürləri tamamilə alt-üst etdi.

Əziz oxucu! Bu gün onun hələ 2007-ci ildə qələmə aldığı və çap etdirdiyi “Axı hansı dildə biz danışırıq?” məqaləsini Sizin mülahizənizə təqdim etməyi özümə borc bildim. Bir sıra Avropa dillərinin, o cümlədən, rus dilinin də türk dilinin dialekti olduğunun israrına həsr olunmuş məqalənin dilçilər, türkoloqlar, tədqiqatçılar üçün (ələlxüsus gənc nəsl üçün) müəyyən əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onu tərcümə edib, Sizə, geniş oxucu kütləsinin müzakirəsinə verirəm...

Söz Sizindir!....

Murad Adjı

Axı hansı dildə biz danışırıq?

Rus dili ilində (müəllif Rusiyada 2007-ci ilin rus dili elan olunduğunu nəzərdə tutur) soruşmağın yeri var: biz hansı dildə danışırıq? Bu aydın olan suala cavab isə qətiyyən aydın deyil. Bəli, bizim dilimizi rus dili adlandırırlar, ancaq bu həmişə belə olmayıb, X əsrdə, məsələn, rus dili kimi skandinaviyalıların dilini adlandırırdılar, çünki, onları-İsveç əhalisini rus adlandırırdılar.

Bu olsun ki, həmin dövrün nüfuzlu sənədi “Bertinsk salnamələri”ndən müəyyənləşir!

Burda nə etmək olar? Faktları heç bir şey dəyişə bilməz. Hələ məktəbdən bizə öyrədiblər, rus dili (rusların dili) Rusiyanın rəsmi dilidir, o, “Hind-Avropa dilləri ailəsi”nə daxil olan slavyan dillərinin şərq qrupuna aiddir. Beləcə də yaşayırıq. Axı bu bilgilər mütləq mənada mötəbər sayıla bilməzlər, çünki Şərqi Avropanın bütün tarixi başqa şey deyir...

“Hind-Avropa dilləri ailəsi”nə azacıq baş çəkmək kifayət edir ki, aşkar olur-bu dilçilikdə heç də dayanıqlı nəzəriyyə deyil, heç cürə onun bünövrəsi də deyil. O - heç vaxt və heç kim tərəfindən isbat olunmamış fərziyyələrin və əqli mühakimələrin toplusudur. Çılpaq fərziyyə!

Görünür, həqiqətən, qədim rus dili müasir rus dilindən çox-çox fərqlidir. O, tamam başqadır və burada təəccüblənməyə əsas yoxdur.

Kiyev Rusu ortaya çıxanadək Şərqi Avropanın ərazisində türkcə danışılan Dəşt və Qıpçaq (Böyük- Çöl) ölkəsi vardı...Bu ölkə haqqında isə bizə məktəbdə bir söz belə deməyiblər, hərçənd arxeoloji və yazılı abidələr qorunub saxlanılmışlar, onlar yox olmamışlar, onlar xalqların Böyük köçünün əsas mərhələləridir.

Ancaq onlar barədə şüurlu şəkildə susurlar. Şərqi Avropanın qədim dil ənənələrinin daşıyıcıları olan insanlar da qalırlar. Həm də yox olmamışlar. Bütöv xalqlar: çuvaşlar, kazaklar, tatarlar, başqırdlar, qutsullar və başqaları, ancaq onlar haqqında tatar-monqol əsarətinin arzuolunmaz qalıqları kimi məlumatımız var. Bu isə düzgün deyil-təhrif olunmuş biliklərlə yaşamaq. Onda reallığın özünü də təhrif olunmuş şəkildə görürsən.

Kim isə istəyir, ya yox, ancaq Şərqi Avropanın kütləvi məskunlaşması IV əsrin sonunda (372-ci il) çöllərə türk-qıpçaq ordalarının gəlişindən sonra başlanmışdır. O dövrün tarixçilərinin (Prisk, İordan və digərləri) qeyd etdikləri kimi, məğrur süvarilər “sahibsiz” torpaqlarda məskən saldılar. Belə çıxır ki, elə Altaydan gəlmiş xalq Şərqi Avropa demoqrafiyasının bünövrəsini qoymuşdur. Daha doğrusu, öz dil ənənələri ilə bütün xalq-əhali sistemini.

Hər halda ilk məskən salanlar! Bəlkə - yox?

Dil ənənələrindən danışarkən, nə üçün mühüm faktlara biganə qalmalıyıq?

Fikir verin, regionda nə slavyan, nə digər “hind- avropa” xalqları olmayıb. Ola da bilməzdilər, ən azı nə vaxtsa onların olduqlarını arxeoloqlar qeyd etmirlər.

Başa düşmək, sonradan isə açıq təsdiq etmək üçün tarixçi yox, coğrafiyaşünas olmalısan ki:- çöl (səhra, düzən) planetdə ən sərt təbiət zonasıdır ki, onda məhsuldar qüvvələrin yüksək inkişaf səviyyəsi olan xalq oturaq həyata keçə bilərdi. Çöldə ancaq güclü yaşaya bilərdi, çöl öz qoynunu ancaq ona açdı, bunu cəmiyyətin ərazi üzrə təşkili elmi olan iqtisadi coğrafiya təsdiq edir.

“Hind-avropa xalqları” və “vəhşi köçərilər” kimi mövcud olan nəzəriyyələr Böyük Çöl üçün yaramır, həddindən çox miskin görünür. Vəhşi xalqlarla keçid həyəti olmayıb. Orada IV əsrdə Böyük Çöldən olan adamlar, türk-qıpçaqlar məskən salmışlar. Həm də öz əcdadlarımızı “yamanlamaq” bəs edər!

Həqiqətdə olduğunun əvəzinə özünə keçmiş uydurmaq günahdır. Türk dilində sonralar bütün Avropa danışırdı, çünki türklər onu özünə tabe etmişdi.... Ən azı, sonuncu Roma imperatoru keşiş Attilanın oğlu olub, Avropanın bütün yeni aristokratiyası isə türklərdən idi.

Nəinki aristokratiya... Xalqların Böyük yenidən məskunlaşmasından sonra hər ikinci Avropalı “barbar” qanından idi, bunu orta əsrlərin bütün demoqrafik ssenariləri göstərir: qədim ingilis, qədim fransız, qədim alman dilləri türk dilinin dialektləri idi. Türk runa yazısı ilə! Bunu, əlbəttə, görməmək olar, ancaq gizlətmək olmaz!

Dünya üzərində hakimiyyətdə təsdiq olunmaq istəyən Roma kilsəsi XIII əsrdə başladığı İnkivizisiyaya qədər Avropa mədəniyyətində türklərin üstünlüyü mübahisəsiz sayılırdı və bu əsrlərlə davam etmişdi...

Qara günlər başlanmışdı. Tonqallarda Avropa öz yaddaşını- onunla da kitabxanaları, adamları, yandırırdı....Öz türk irsindən azad olaraq, onu elə türkcə də “eres” (küfr) (hərfi mənada “o şeyi ki, qəbul etmək olmaz”) adlandırırdı. Başqa cür ola da bilməzdi.

XVI əsrdə İnkivizisiyanın əli Moskva Rusuna gəlib çatdı, ideoloji müdaxilə və Kremlin siyasi parçalanması başlandı. Bu çirkin siyasət Romanın strateji planlarında Missio Moscovitica, Üçüncü Roma adlandırılıb. Rusiyanın tarixində onun adı – İğtişaşdır (qarışıqlıq). Rus cəmiyyəti tərəfindən indiyədək dərk edilməmiş çevriliş. Qarışıqlıqda isə iki taktiki xətt dəqiq seçilirdı. Birincisi, qanuni hakimiyyətin fiziki məhvini (Ryurikoviçlərin siçanı qıran kimi köklərini kəsdilər), idarəçilikdə vakuum yaradılmasını, hakimiyyətsizliyi və Moskva taxt-tacına Romanın marağını güdən Romanovların gətirilməsini daxil edirdi.

İkinci xətt: Moskva Rusunu fərqləndirən qabaqkı mədəniyyətin, o cümlədən, inamın təhqir olunması (kilsənin parçalanması, köhnə ruhaniyyətin məhvi, boyarların saqqallarının və başlarının qırxılması və s. haqqında mənim “Asiyalı Avropa”(“Азиатская Европа”) kitabımda ətraflı oxuyun.

İğtişaş Qərbin qələbəsi ilə nəticələndi. O, Moskva Rusunu özündən asılı vəziyyətə saldı.

Qalib yezuitlər özləri yeni slavyan mədəniyyətinin elementlərini yaratdılar və özləri də çar hakimiyyətinin köməyilə türklərə (burada ruslara demək daha düzgün olar, çünki Moskva türklərini, moskovitləri, artıq rus, slavyan adlandırmağa başladılar; etnonim onları hələlik hakimiyyəti və Romanovların Kilsəsini qəbul etməyən gələcək Rusiyanın tatarlar və digər xalqlarından “ayırırdı”.) Elə o zaman da birdən don, tula, volqa, qafqaz, sibir və hər cür digər “tatarlar” əmələ gəldilər. Sanki göydən düşdülər.

Rus adamlarının dili, mədəniyyəti, zahiri görünüşləri onların məişəti və adları başqa cür olmalı idi –avropasayaq. Daha doğrusu, slavyanlardakı kimi. Yezuitlər belə qərara gəldilər.

Heç kəsi utandırmadı ki, slavyan adı slave sözündən, yəni kölə, qul, sözündən alınırdı..... İğtişaşdır axı!

Moskva Rusunun (Rusiyanın!) yenidən qurulmasının mərhələlərindən biri, moskva slavyanları üçün dilin yaradılması və onlar üçün dərsliyin yazılması idi. Yeni dili «славенска диалект» - «slavensk diаlекti» yaxud “şivə” («говор») adlandırdılar. Hələlik Moskva rusları üçün bu ancaq bəzi sözləri başa düşülən, tamamilə yad dil idi. Burada əvvəllərdə türk ölkələrində, sonralar Bolqariyada, Ukraynada, Polşada, Çexiyada və başqalarında «славенска диалект»lərin yaradılması təcrübəsindən istifadə edildi.

Yezuit Lavrentiy Zizaniy- həmin novator, moskovitlər üçün sözlüyün müəllifi oldu. Gör slavyanları kim maarifləndirirdi? Kirill və Mefodiy yox...

Ancaq yeni sözlər ruslara tanış deyildi, Zizaniy rus nitqinin xüsusiyyətlərini bilmirdi və onun əsərini qəbul etmədilər.

Digər yezuit, Melenti Smotritski işə girişdi. O, daha müvəffəq hərəkət etdi, onun iğtişaşın ən çox qızışdığı zaman 1618-ci ildə yazılmış «Грмматика словенския правильное сынтагма» moskovitlərə nisbətən anlaşılan idi. Elə onu da ruslar üçün türk dilinin slavyan dialekti normalarının əsası kimi götürdülər.

Oxucu, yezuitlər üçün xarakterik olan hiyləgərliyə diqqət edin, Smotritskinin dərsliyinə elə türk adı verildi.... Başqasını Moskvada başa düşməzdilər də! “грма» sözü Qədim Altayda hərfi mənada “qırılma ya da eybəcərliyin gözəlliyə çevrilməsi”ni bildirirdi. Yəni “səsin və sözün vəhdətinə nail olmaq” və başqa söz, “sıntaqma”, həmçinin, türk sözü olub - tərcüməsi “tərkib hissəsinin bərkidilməsi”, yəni bizim halda “sözlərin birləşməsi”.

Çox şeyə göz açan fakt. Opponentlərə onu sadəcə acı dərman kimi udmağı və sanki onların yunan sözləri olmasını təsdiq etməmələrini məsləhət bilirəm. Yunan dilində sözlərin yarısından çoxu türk sözləridir ya da türkcədən törənmişlər. VII əsrdə belə oldu! İmperator Yustinianın fərmanından sonra VI əsrdə Vizantiyanın “əskər”dili (“солдатский язык”), yəni türklərin dilinin bazasında tərtib olunmuş yunan -barbar dili daxil edildikdən sonra. Bu, yunan dilçiliyi tarixində məlum faktdır... Görünür, azı hər bir rus sözünün guya yunan mənşəli olduğuna istinadlar təsadüfi deyil.

Hərçənd, belə görünür ki, yunanlar harda, Moskva harda. Ancaq hər şeyin izahı var...

Bir sözlə, necə baxsan ünsiyyətdə olduğumuz slavyan dialekti- inkvizisiyanın bəhrəsidir. Latın, yunan, türk, fin-uqor sözləri və qaydalarının qarışığı. Ona görə də ruslar öz əcdadlarının dilini başa düşmürlər, ən betəri isə odur ki, ondan qaçırlar.

Yezuitlər tərəfindən rus dilinin tərkibinin işlənib hazırlanması, onun üçün sözlərin yaradılmasına təqribən əsr lazım gəlib: tanış türk sözlərini götürürdülər və azacıq onların səslənmələrini dəyişirdilər. (hərfi götürür, ya da artığını əlavə edirdilər), hiyləgərlik tələb edən iş deyil.... Nümunələr? Minlərlədir. Ancaq onlar barədə bir qədər sonra...

Sonra nəzəri məsələlər qaydaya salınan kimi yazı məsələsi (hərflər barədə) ortaya çıxdı. Və onu 1708-ci ildə Qərbi Avropadan gətirdilər, onda ruslar sonradan kiril əlifbası adlanan öz “qədim” yazılarını gördülər. Yezuitlər isə onu kiril əlifbası yox, yeni kəşf edilmiş rus hərfləri (literləri) adlandırdılar. Öz latın tərzinə uyğun...Bu sənədli faktdır.

Nəhayət qrammatika, lüğət, hərflər hazır olan kimi, danışıq dilinin tərtibinə başladılar. İşi Həştərxanda doğulmuş, Sorbonna məzunu, gələcək akademik Vasili Kirilloviç Trediakovski aparırdı. O, təşbihlərlə desək, türk sözü “языгь»ı rus sözü «язык» etdi, 1735-ci ildə Rusiya elmlər akademiyasının iclasında Rusiya üçün yeni dil haqqında məruzə ilə çıxış etdi.

Elə onda camaat ilk dəfə “böyük və qüdrətli rus dili”nin səslənməsini eşitdi. İstəyirsən bağırtı ilə qışqır, ancaq belə olub. Elə ona görə də Trediakovski ilk rus şairi, ilk romanın, ilk odanın(mədhiyyə) müəllifidir. Dil uydurdu və həmin dildə yazdı. Rusiyanı XVIII əsrdə ikidillilik fərqləndirirdi.

Quququşu balası kimi slavyan dialekti sakitcə öz Moskva yuvasından türk nitqini itələyib çıxarırdı. Yeni ölkədə mənimsənilməsi üçün kilsə-məhəllə məktəbləri, gimnaziyalar, universitetlər və akademiyalar, yeni çap orqanları açdılar. Qərbin mənafeyi naminə öz doğma dilini sıxışdırmaq üçün bütün gücləri yumryq kimi topladılar. Moskva vasitələri əsirgəmədi.

1735-ci ildə Trediakovskinin “Rus şeirlərinin qoşulmasının yeni və qısa üsulu («Новый и краткий способ к сложению российских стихов») kitabçası işıq üzü gördü - daha dəqiq desək,- rus dilində neсə şeir yazmalı. O, indiyədək Dövlət kitabxanasında saxlanılır... Budur slavyan Rusiyasının ilk şeir sətirləri, Onların hamısını 1726-cı ildə səsləndirdilər.

Yaz gəlir, Весна катит

Qışı taqətdən salır. Зиму валит.

Və yarpaqcığaz ağacla səs salır. И уж листик с древом шумит.

Quscığazlar oxuyurlar Поют птички

Göy arıquşuları Со синички,

Tülkülər də quyruqlarını yelləyirlər. Хвостом машут и лисички.

Rus poeziyası elə bu sətirlərdən başlanıb, bunlar qızıl əsrin ilk ilham səsləri idi. Müasir rus dilində, həqiqətən sözlərin yarısı türk sözləridir, ya da türk kökündən çıxarılmışlar. Onlar minlərlədir:- чугун (çuqun), булат (polad), деньга, дума, аршин (arşın), сажень sajın), икона (ikona), монастырь, алтарь, казна (xəzinə), koрona, сoвeт, aрka, армяк, kафтан (kaftan), папаха (papaq), шуба, eпанча (yapıncı), карандаш (qara daş), сарай, кирпич (kərpic), очаг (ocaq), утюг (ütü), товарищ, суп (şorba), щи (şi), каша, колбаса (qol basa), язык (yazıq).... Həyatın istənilən sahəsində.

Eynən Rusiyanın istənilən coğrafi zonasında çoxlu sayda türk toponimləri və hidronimləri var: Opел,Тула, Тамбов, Саратов, Челябинск, Тюмень və yüzlərlə digərləri. Дон, Волга, Oka, Урал, Иртыш, Oб, Eнисей, Амур. Elə “Rus” da türk sözüdür... Mübahisəlidir? Yox.

Əgər coğrafi faktoru nəzərə alsaq, onda mübahisəli deyil. Axı torpağının ölçülərinə görə Dəşt və Qıpçaq Roma imperiyasından dəfələrlə böyük olub onun sərhədləri Skandinaviyanı daxil etməklə, Baykaldan Atlantikədək, Orta Asiyadan Buzlu okeanadək uzanırdı. Paytaxtlarından biri İnsbruk (Alplarda) idi. Bu xalqların Böyük yeni yerlərdə məskunlaşmalarının nəticəsidir. Göz qabağındadır. Ölkə öz zirvəsinə çar Attila zamanında nail oldu, 453-cü ilədək bütün dünya ona xərac verirdi. O, ən qüdrətli ölkə idi, bu isə onu Böyük Çöl adlandırmağa imkan verir.

Başqa cür ola da bilməz. Şərq sərhədindən qərbədək süvari onu 8 aya keçirdi. Bizim Vətənimiz həqiqətən böyük idi. Onun miqyasları (ölçüləri) yeni idarəetmə fəndləri (üsulları) tələb edirdi.

Ölkəni kaqanatlara (xaqanlıqlara) böldülər, harada ki, onları seçilmiş hökmdar-Xaqan idarə edirdi. Bu günki qubernator kimi. Xaqanlıq xanlıqlara, uluslara və çadırlardan təşkil olunan yurtalara bölünürdü.

İndiki kimi, həqiqətən, hər şey vardı, ancaq o zamana düzəliş etməklə. Dəşt və Qıpçaq da torpaqların və xalqların federasiyası idi. Orada da vahid idarəetmə vasitələri vardı. Yeri gəlmişkən, Rusiyanın indiki adminstrativ bölünməsi - onun surətidir, ancaq başqa cür adlanır. Paytaxt da başqa yerdədir. Ancaq, vilayətlər arasındakı daxili sərhədlər hardasa dəyişilməyib. Elə həmin yerdə! Bütöv ölkənin xalqı hansı dildə danışırdı? Tutalım, rus dilində.

Ancaq məlumdur ki, inam qanunlar, ənənələr, geyim, uzunluq və çəki ölçüləri hər yerdə eyni idi. Arşın, sajen, fut(pud),vyorsta, berkovets, qarnets və başqaları....Rus sözləridir? Tutalım ki. Ancaq onlar nə bildirirlər? Ruslardan heç kim ağılabatan cürə izah edə bilməz.

Ancaq qədim türk dilindən həmin sözlər daha yaxşı tərcümə olunurlar: arşin hərfi mənada ”bədənini ayır” («отделяй тело»-«ar»- отделяй, «şin»-тело, yəni ancaq açılmış əlin uzunluğu. Sajen (daha doğrusu, saşin) –«считай тело»- bədənini say, bədənlə birlikdə açılmış qolun uzunluq ölçüsü. Пуд (пут) – нога (ayaq)- pəncənin uzunluğu (söz gəlmişkən putin buradandır, yəni rusca “путниk” –yolçu və sairə. Demə hər şey, çox sadədir. Mürəkkəb ola bilməzdi də.

İndi pulu götürək. Altın-lüğət təsdiq edir ki, qədim rus manatıdır. Aha doğrudan? Rus hələ olmayanda, qədim türklərdə altın «золото, золотоя монета» (qızıl, qızıl pul) –artıq vardı. Söz düşmüşkən, «копейка» (qəpik) xırda pul (hərfi mənada «перхот» - kəpək bildirirdi, «казна», «таможня», «товар» sözlərini də Böyük Çöl bilirdi. «Червонетс», «şirvan» kimi səslənirdi.

İndi yemək. Rus atalar sözündən başlayaq: «Щи да каша-пища наша» Dəqiqləşdirirəm: щи- türkcə «acı»-кислый, «kaшa»-türk sözü «kaşık» (qaşıqla yeyilən), «koлбасa»-kolbas (əl ilə bas,- (kolbasanı o cür doldururlar), гуляш – kul aş- adi adamların yeməyi, «Пирог»- boрик – bükülmüş, «йогурт»- çürüdülmüş süd... Bütün bu yeməklər Attilaya məlum idi. Eynən «Пелмени»-düşbərə kimi (hərfi mənada “doydur məni”, burada da bir növ söz oyunudur. Qədim rus geyimi barədə nümunələr daha ifadəlidir, onlar, ümumiyyətlə, daha tez nəzərə çarpırlar. Hər şey türklərdən götürülüb: штаны, карман, колпак, кафтан, сапог,каблук, aрмяк, щуба, тулуп və onlarla digərləri. Hər sözün tərcüməsi , izahı var və türk dilşünaslığının xüsusiyyətlərini göstərir. Termin bir qayda olaraq, hərəkət bildirən iki sözdən ibarət olurdu. Sadəcə hərəkət yox, bu terminin ortaya çıxmasına aparan vasitə.

Türk toponimikası daha dəqiqdir. O, yerin, yaxud su kəhrizinin xarakteristikasıdır. Məsələn, Oka-hərfi mənada “axınla çay”. Tapyca- “çayın daralması”, Oрел- “yoxuşa yol”. Bu da sizə sual, məlum olmayan hər şeydirmi? Qədim türk lüğətini ələ alan kimi, sirlər aşkara dönür .....

Təəccüblüdür, ancaq soruşmuram: biz sizinlə hansı dildə danışırıq? Bilirəm, hələlik müxtəlif, ancaq, bəlkə, XIX əsrdə rus yazıçıları niyə sözlərin çoxunu müxtəlif cürə yazırdılar və başa düşürdülər?

Nədir, dil əmələ gəlməyib? Yaxud, səbəb başqadır? Niyə birdən “qədim” kiril əlifbasında yeni hərf “Ё”əmələ gəlib?

Bu hər halda XVIII əsrdə başlayan rus dilinin yaşının az olmasına şəhadət vermirmi?

Öz aramızdır, bəlkə portretlər qalereyası ən dəyanətli opponentləri mənim sözümdən yaxşı inandıra bilər. Onları misal gətirə bilərəm. Burada Aksakov, Bunin, Qoqol, Puşkin, Kutuzov, Karamzin, Turgenev, Çaadayev, Lev Tolstoy, Tyutçev və əlbəttə Romanovların özləri... Elə isə nə haqda mübahisə etməli? Az qala rus aristokratiyasının hamısı (üç yüzdən çox zadəgan (dvoryan) familiyası)- öz əsl nəcabətinə görə türklərdir.

Onlar isə bizim əcdadlarımızdır. Rusiyanın fəxri.

Moskva, Fevral, 2007

# 4840 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #