"Daş qəlbli aktrisanı sevə sevə ölürəm…"AKTYORUN ŞEİRİ

"Daş qəlbli aktrisanı sevə sevə ölürəm…"AKTYORUN ŞEİRİ
12 mart 2013
# 11:30

“Saf, təmiz, ləyaqətli bir kişinin həvəskar şeirləri torlanıb bu kitaba və onların hamısı Vidadini danışır: bu adamın yaşantılarını, məişətini, düşündüklərini danışır və hətta hərdən Vidadi adlı bir Allah bəndəsinin susqunluğunu danışır... və... bəlkə də məşq fasiləsində rəncərə önünə keçib siqaret tüstülədən yorğun aktyorun içini danışır.

Şeirləri Vidadi kimi sakitdir, təmkinlidir, müdrikdir, əsəbsizdir; bir az ləngdir, bir az ahəngsizdir, bir az rənglidir, bir az rəngsizdir, amma bütün hallarda tam səmimidir».

Teatrşünas Aydın Talıbzadənin bu fikirləri aktyor Vidadi Həsənovun (Vidadi İsmayıl) yaxınlarda çap olunacaq «Qum dənələri» şeirlər kitabı haqqındadır. Qeyd edək ki, bundan başqa aktyorun «Şair olmaq istəmirəm» adlı bir şer kitabçası da var. Sizə aktyorun yeni və köhnə şeirlərindən bəzi nümunələri təqdim edirik:

***

...Üstümə tuşlanan

işıqlara da

Sizin alqışlara da

Gülərəm

Ayağıma sərilən

Çiçəklərə də

Göy üzündə

Rəqs edən mələklərə də

Nifrətlə gülərəm...

...sərsəm gülüşləri

əfv edərsiz bilirəm-

Axı bu gün səhnədə

Mən Cülyettanı deyil

Daş qəlbli aktrisanı

sevə-sevə ölürəm…

..siz isə Romeoya əl çalın

sağlıqla qalın…

***

... Sarı-sarı,

xırda-xırda,

cıqqı-cıqqı –

qum,

qum,

qum...

... Dənə-dənə,

birər-birər,

xıncım-xıncım –

qum,

qum,

qum...

... Bu da mən –

içimdəki səhrada,

qızmar günəş altında,

yorulmadan,

usanmadan

qum dənəsi saymağa

məhkum...

***

... Qadınım

qab yuyur,

xörək bişirir,

ev yığışdırır,

corab toxuyur –

bir də

mənim şeirlərimi oxuyur...

# 3628 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #