Qadağan olunmuş kitablar – SİYAHI

Qadağan olunmuş kitablar – <span style="color:red;">SİYAHI
3 fevral 2016
# 14:32

Qadağan olunmuş kitablar – SİYAHI

Kulis qadağan olunmuş kitabların siyahısını təqdim edir.

Erix Maria Remark – “Qərb cəbhəsində yenilik yoxdur”

1929-cu il tarixi müharibəni göstərən roman həmin dövrün müdafiə qüvvələrinin başçısı Vermaxtı aşağıladığı və əsgərlərin motivasiyasını aşağı saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur.

Con Steynbek – “Qəzəb üzümləri”

ABŞ-ın Kaliforniya ştatının sakinlərinin alçaldılması adı ilə qadağan edilib. Kənd təsərrüfatı şirkətlərindən kitaba təzyiq olunub.

Boris Pasternak – “Doktor Jivaqo”

Müharibə əleyhinə çıxan roman stalinizmi tənqid etdiyi üçün SSRİ-də 1988-ə qədər qadağan olunub.

Vladimir Nabokov – “Lolita”

Rus yazıçısı bu romanı ingilis dilində yazıb. Roman ədəbsiz adı ilə Fransa, İngiltərə, Kanada, Yeni Zellandiya, Cənubi Amerika və Argentinada qadağan edildi. Əsər orta yaşlı bir adamın 12 yaşlı qıza marağından bəhs edir.

Henri Miller – “Xərçəng tropiki”

Roman 1934-cü ildə yazılıb. Amerikada ədəbsizlik adı altında 30 ilə qədər qadağan olunub.

Adolf Hitler – “Mənim mübarizəm”

1925 və 1926-cı illərdə yazılan kitabın Almaniyada yenidən çapına qadağa qoyulub. Eləcə də Avstriya daxil olmaqla, bütün Avropa ölkələrində çapı dayandırılıb. Bu kitabın hələ də təhlükəli və eyni zamanda qorxulu hesab olunur. Kitabın Almaniyada çapına qadağa bu yaxında götürülüb.

Corc Oruel – “1984”, “Heyvanıstan”

1949-cu ildə yazılıb. Tarixi, utopik romandır. Əsər 1950-ci ildə SSRİ-də qadağan olunub. Stalin roman bəhs olunan iqtidarın öz imperiyası olduğunu düşünmüşdü. İngiltərə və ABŞ-da isə antikommunizm, antisemitizm və seksual mövzusuna görə qağalara məruz qalıb.

“Heyvanıstan” romanı isə Stalin və ölkəsinə ironiya edirdi. Bunu diqqətə alan ABŞ və İngiltərə II Dünya Müharibəsində Stalini gücləndirməmək üçün müharibənin ən kritik vaxtlarında kitabı çap etməmək qərarı alıblar. Kitab hətta Keniyada da qadağan olunub.

Volter – “Kandid”

1759-cu ildə yazılıb. Roman “ədəbsiz” olduğu üçün 1930-cu ildə ABŞ gömrüklərində qadağan olunub.

Qustav Flober – “Madam Bovari”

1856-cı ildə yazılıb. Roman fransız xalqının əxlaqi dəyərlərini alt-üst etdiyi üçün qadağan edildi. Yazıçı məhkəməyə verildi.

Karl Marks – “Kapital”

1867-ci ildə yazılıb. Türkiyədə uzun müddət çapına qadağa qoyulub.

Salman Rüşdi – “Şeytan ayələri”

1988-ci ildə yazılıb. İslama küfr etdiyi əsas götürülərək bir çox müsəlman ölkələrində qadağan olunub. Hətta Xomeyni tərəfindən yazıçıya ölüm fitvası verilib.

Çarlz Darvin – “Növlərin mənşəyi”

1859-cu ildə Darvinin təkamül nəzəriyyəsi haqqında yazdığı kitab Yuqoslaviyada, Yunanıstanda qadağan olunub. ABŞ-da 1925-dən 1967-ci ilə qədər təkamül nəzəriyyəsini öyrətməyə icazə verilməyib.

Aleksanr Soljenitsin – “İvan Denisoviçin bir günü”

1962-ci ildə yazılan roman iki ildən sonra Sovet İmperiyasında qadağan olunub.

“Min bir gecə nağılları”

Orta əsrlərdə yazılan “Min bir gecə nağılları” 1926-1950-ci illər arasında ABŞ-da ədəbsiz adlandırılaraq qadağan olunub. İran və Əfqanıstanda hələ də qadağan olunanlar siyahısındadır. Misirdə də çap edilməsinə icazə yoxdur.

Migel de Servantes – “Don Kixot”

XVII əsrin başlanğıcında çap olunan əsər İspaniyada “Xeyirxahlığın dəyərsiz olduğunu göstərdiyi” üçün qadağan olunub. Kitabın bəzi hissələri senzuraya uğradıqdan sonra çap edilib.

Yalnız XIX əsrdə heç bir hissə çıxarılmadan yayımlanıb.

Fyodor Dostoyevski – “Cinayət və cəza”

1866-cı ildə yazılan məşhur roman “mürtəce” olduğu əsas tutularaq Rusiyada, “pislik”i aşıladığı üçün isə Polşada qadağan olunub.

Frans Kafka – “Çevrilmə”

1915-ci ildə yazılan bu uzun hekayə (yaxud roman) Nasist Almaniyasında qadağan olunub.

Ceyms Coys – “Uillis”

1922-ci ildə yazılan roman 1930-cu illərdə ədəbsiz hesab olunaraq ABŞ, İngiltərə və Avstraliyada qadağan olunub. ABŞ 1933-cü ildə qadağanı geri götürüb.

Den Braun – “Da Vinçi şifrəsi”

2003-cü ildə yazılıb. Roman xristianlığı “alt-üst” etdiyi üçün Livanda qadağan olunub.

Uliyam Şekspir – “Hamlet”

XVI əsrdə yazılan bu dram 1978-ci ildə Efiopiyada qadağan olunub.

Elif Şafak – “Ata və bic”

2006-cı il yayımlanıb. Biri türk, digəri erməni əsilli olan bir ailənin fonunda türk-erməni münasibətlərinin 90 illiyini araşdıran bu tarixi romanın müəllifi və naşiri məhkəməyə verilib. “Türk millətini soyqırımı törədən kimi göstərmək, türkçülüyü aşağılamaq” iddiası irəli sürülüb. Məhkəmə Avropa Parlamentində səs-küy yaradandan sonra bəraət qazanıb.

Nazim Hikmət – “835 sətir”, “Cakondla Sİ-YA-U”, “Varan 3”, “1+1=1”, “Səsini itirən şəhər”

Nazim Hikmət 1931-ci ildə “xalqı cinayətə təşviq etmək” maddəsi ilə həbs edilib. Bu dörd şeir kitabı da qadağan olunub.

Səbahəddin Əli – “Şüşə saray”

1947-ci ildə yayımlanan son hekayəsi dövlətə qarşı çıxdığı iddiası ilə qadağan olunub.

Atilla İlhan – “Belə bir sevgi”

1979-cu ildə yayımlanan şeir kitabı Türkiyədəki 12 sentyabr hadisələri vaxtı yığışdırılıb.

Can Yücel – “Rəngarəng”

Bu şeir kitabı 1980-ci ildə Türkiyədə ədəbsiz olması iddiası ilə kitab mağazalarından yığışdırılıb.

Anna Frank – “Anna Frankın xatirə dəftəri”

Avtobiaqrafik əsərdir. Livanda sionist təbliğatı aparılması iddiası ilə qadağan olunub.

Vasili Qrosman – “Həyat və tale”

1959-cu ildə yazılan roman Stalinqrad vuruşmasından sonra parçalanan ailənin hekayəsindən bəhs edirdi. O vaxtlar KQB tərəfindən təhlükəli hesab olunduğu üçün hələ çap olunmamış qadağan olundu və məhv edildi. Romanın bir sürəti 1980-ci ildə ortaya çıxdı və İsveçrədə çap olundu. Kitab XX əsrin “Hərb və sülh”ü kimi təqdim olunurdu.

Apton Sinkler – “Çiqaqo qəssabxanaları”

Romanın orijinal adı “Meşə”dir. Kitab 1906-cı ildə yayımlanıb. 1956-cı ildə Şərqi Almaniyada kommunizmə zidd olduğu üçün qadağan edilib.

Andre Malro – “Ümid”

Bütün dillərə tərcümə olunan populyar romandır. Əsər İspaniyada vətəndaş müharibəsindən bəhs edir. “Ümid” kommunist təbliğatı aparması iddiası ilə 1968-ci ildə Türkiyədə qadağan olunub və kitablar yığışdırılıb.

Betty Mahmoody – “Qızım olmadan, əsla”

Roman əsasında film də çəkilib. Ölkəsini çirkin, pis, murdar göstərdiyi üçün İranda qadağan olunub.

Luis Kerol – “Alisa möcüzələr diyarında”

Roman 1865-ci ildə yazılıb. Əsərdə heyvanlara həddindən artıq insan özəllikləri yüklənməsi insanlara həqarət sayılıb. Vaxt keçəndən sonra uşaqların heyvanlarla insanlara eyni gözlə baxmasını əsas gətirərək 1931-ci ildə Çinin Hunan əyalətində qadağan olunub.

Cefri Kauçer – “Kenterberri hekayələri”

Hekayələr toplusudur. XIV əsrdə İngiltərədə yazılan kitab ədəbsizlik əsası ilə ABŞ-da poçt servisi tərəfindən daşınılması qadağan olundu.

Harriyet Biçer-Stou – “Tom dayının daxması”

Amerikalı qadın yazarın bu əsəri köləliyə qarşı olduğu üçün ölkəsinin cənub əyalətlərində qadağan olunub. Çar I Nikolayın dövründə Rusiyada da bərabərlik fikirlərinin aşılanması adı ilə kitabın çapına icazə verilməyib.

Allen Ginsberg – “Ahu zar”

1955-ci ildə çap olunan şeir kitabıdır. San-Fransisko gömrüyündə ədəbsiz adlandırılaraq 1957-ci ildə keçidi qadağan olunub.

Oldos Haksli – “Cəsur yeni dünya”

1932-ci ildə çap olunub. Roman seksin əyləncə mahiyyətini göstərdiyi və cəmiyyət tərəfindən bunun təbii qarşılandığını yazdığı üçün eyni ildə İrlandiyada qadağan olunub.

Laurens D. H. – “Xanım Çaterleyin sevgilisi”

1928-ci ildə yazılan roman açıq-saçıq olduğu əsas tutularaq ABŞ-da 1959-1960- cı illər arasında qadağan olunub.

Uilyam Berrouz – “Çılpaq səhər yeməyi”

1959-cu ildə yazılan roman 1962-də Boston məhkəməsində qadağan edilib. Dörd il keçdikdən sonra isə qadağa geri götürülüb.

# 6976 dəfə oxunub

Müəllifin son yazıları

# # #