Həmyerlimiz ikinci dəfə “Asiya Oskarı” aldı

Həmyerlimiz ikinci dəfə “Asiya Oskarı” aldı
27 noyabr 2017
# 13:42

Həftə sonu Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının Asia Pacific Screen Award mükafatlarınə təqdimetmə mərasimi olub.

Kulis.azın verdiyi xəbərə görə, tədbirə bu akademiyanın üzvü olan İlqar Nəcəf “quruluş verdiyi “Nar bağı” filmi ilə qatılıb.

Amerika və Avropa kino akademiyaları ilə rəqabət aparma iddiası ilə 2007-ci ildə yaranan akademiya regionun 70 ölkəsini özündə birləşdirən Akademiyaya Rusiya, Çin, İran, Hindistan kimi nüfuzlu kino ölkələr daxildir. Akademiyanın mükafatına Əsgər Fərhadi, Andrey Zvyagintsev, Nuri Bilgə Ceylan kimi sənətkarlar layiq görülüblər.

İlqar Nəcəf Akademiyanın "Young Cinema Award" nominasiyasında qalib olub.

Rejissor kino mətbuatında "Asiya Oskarı" kimi tanınan mükafatın artıq ikinci dəfədir ki qalibidir. Onun "Buta" filmi də "ən yaxşı uşaq filmi" nominasiyasında qalib olmuşdu.

# 937 dəfə oxunub

Müəllifin son yazıları

# # #