“Ədəbiyyat” qəzetinin ev qalmaqalı böyüyür

“Ədəbiyyat” qəzetinin ev qalmaqalı böyüyür
13 iyun 2013
# 17:39

“Gəlinimlə heç bir problemim yoxdur. Bu barədə “Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlunun dedikləri tamamilə yalandır”.

Bu sözləri Kulis.Az-a verdiyi açıqlamada “Ədəbiyyat” qəzetinin şöbə müdiri və mühasibi Simuzər Nüsrətbəyli söyləyib.

Simuzər Nüsrətbəyli deyib ki, Atababa İsmayıloğlu onu mətbuata yanlış təqdim edib: “Deyir ki, Simuzər mühasibdir. Halbuki, mən 20-30 kitabım var, “Ədəbiyyat” qəzetində xaricdə yaradıcılıqla məşğul olan soydaşlarımızla ədəbi əlaqə şöbəsinin müdiriyəm. Mühasib işini isə Ayaz Vəfalının xahişi ilə görürəm”.

Simuzər Nüsrətbəyli deyib ki, hazırda Mərdanov küçəsində yerləşən evdə yaşayırlar, həmin ev yoldaşının adına olsa da darısqaldır: “5 nəfərlə 80 kvadratmetrlik evdə yaşayırıq. Həyat yoldaşım Qarabağ veteranıdır, xəstə adamdır. Təkcə buna görə bizə ev düşür. Uzun illərdir bu qəzetdə işləyirəm, bunu nəzərə almaq istəmirlər”.

O, jurnalistlər üçün tikilən binadan ev almaq üçün fərdi qaydada prezidentə müraciət edəcəyini də sözlərinə əlavə edib.

# 2082 dəfə oxunub

Müəllifin son yazıları

# # #