Filmimiz beynəlxalq müsabiqəyə dəvət alıb

Filmimiz beynəlxalq müsabiqəyə dəvət alıb
16 aprel 2019
# 16:42

“Balaca” qısametrajlı bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” müsabiqə mərhələsinə dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyadan AZƏRTAC-a bildirilib ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən ekranlaşdırılıb.

Filmin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operatoru Orxan Ağazadə, rəssamı Sultan Sultanov, xətt prodüseri Azər Həsənov, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu və prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar./azertag.az/

# 1859 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #