Fərhad Yalquzaq: “Yuva”-Ən qısa hekayə

Fərhad Yalquzaq: “Yuva”-Ən qısa hekayə
16 dekabr 2013
# 16:00

Kulis.az Fərhad Yalquzağın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yuva” (463 işarə) hekayəsini təqdim edir.

İki heyvərə buddanın nəzarəti altında gecə kəpənəkləri yuvanın rəqs meydançasında “I wanna fuck you” mahnısının feromonlarına pərvazlanmışdılar.

Kahinlərdən biri əlində meymun ortalıqda dolaşırdı.

Snoop Doqq: I wanna fuck you... I wanna fuck you...

Bu gecə kəpənəklərin çoxunun uzun ayaqları göydə qalacaq...

Yuvanın bir küncünə qısılıb baxırdım. Çeynəyib qulaqlarıma basdığım salfetlər məni kar olmaqdan qoruyurdu.

Birdən “I wanna fuck you” kəsildi və bir qancıq ondan da bərk çığırdı: “I want you in my bedroom!”

Yuvada hər şey əladır...

# 2278 dəfə oxunub

Müəllifin son yazıları

# # #