AYO-nun yeni sədri istefalardan danışdı

AYO-nun yeni sədri  istefalardan danışdı
16 yanvar 2013
# 18:01

Qan Turalının və Sevinc Elsevərin Azad Yazarlar Ocağını (AYO) tərk etməsi və bunun səbəblərinə AYO-nun yeni sədrindən nəhayət ki cavab gəldi.

Modern.az-a açıqlamasında AYO rəhbəri Günel Mövlud bildirib ki, sədr seçilməsinin niyə bu qədər çaxnaşmaya səbəb olduğunu anlamaqda bir az çətinlik çəkir.

“Bəlkə də bu ilk dəfə bir xanım yazarın bu quruma sədr seçilməsi ilə bağlıdır. Bəlkə də ortada başqa, mənim bilmədiyim səbəblər var. Konkret olaraq AYO-nu tərk edənlərlə bağlı isə fikrim budur: şəxsən bir üzv və bir sədr kimi məni Qan Turalının qurumu tərk etməsi təəssüfləndirir. Tural ələdüşməz intellektə, istedada sahib yazardır. Onun qurumdan hansısa səbəblərdən dolayı uzaqlaşması məni bir yazar və bir dost kimi çox üzür. O ki qaldı Sevinc Elseverə, AYO-nu tərk etməsi sadəcə inzibati bir məsələdir. O uzaqda yaşadığı, məişət qayğıları ilə əhatələndiyi üçün zatən ədəbi və digər proseslərdə ciddi iştirak etmirdi. Buna görə də onun gedişi barədə heç nə deyə bilmərəm. Amma bu ərəfədə AYO sıralarına ona yaxın olduqca istedadli gənc qatıldı. Onların arasında Zaur Qurbanlı və Emin Aslanın bənzərsiz qələm sahibləri, AYO-nun tapıntısı olduğunu düşünürəm. Bu gənc, enerjili, proseslərə daha yaxın gənclər AYO-nun yeni mərhələsi, yeni sifətləridir. Bu gənclərlə AYO-nun yeni mərhələsi başlayır”.

# 2262 dəfə oxunub

Müəllifin son yazıları

# # #