Nobelli yazıçı İmre Kertez vəfat etdi

Nobelli yazıçı İmre Kertez vəfat etdi
31 mart 2016
# 17:33

Macarıstan yazıçı İmre Kertez vəfat edib. Kulisin türk saytına istinadən verdiyi məlumata görə, uzun müddət xəstəliklə mübarizə aparan yazıçının 86 yaşı vardı.

“Talesizlik”, “Doğmayan uşaq üçün dua”, “Biabırçılıq” kimi tanınmış əsərlərin müəllifi, 2002-ci ilin Nobel mükafatçısı macar yazıçı İmre Kertes 86 yaşında dünyasını dəyişdi.

Yəhudi ailəsində dünyaya gələn Kertes Auşvits həbs düşərgəsindən xilas olmuşdu. Əsərlərində yəhudi soyqırımı qırmızı xətt kimi keçən yazıçı Nobel mükafatını da məhz bu səbəbdən qazanıb.

# 1413 dəfə oxunub

Müəllifin son yazıları

# # #