İlin ən çox satılan romanı olacaq

İlin ən çox satılan romanı olacaq
14 may 2013
# 16:04

Məşhur amerikalı yazıçı Den Braunun mayın 14-də satışa çıxarılan yeni romanı – “Cəhənnəm”in ilin ən çox satılacaq romanı olacağı gözlənilir.


Bu proqnozu verənlər amazon.com-da kitabın, çapdan əvvəlki sifariş göstəricisi üzrə birinciliyə yüksəldiyini göstərirlər.

Romandakı hadisələr XIII əsrdə Florensiyada baş verir və dahi italyan şairi Dantenin “İlahi komediya”sının süjeti ilə kəsişir.

“İlahi komediya”nın qəhrəmanı bir-bir cəhənnəmin qatlarına enir…

Den Braunun yeni romanındakı baş qəhrəman – Harvard Universitetinin professoru Robert Lenqdon yazıçının bundan əvvəlki bestseller kitablarının “Da Vinçi kodu”, “Mələklər və iblislər”in də əsas personajı olub.

Professorun bu dəfə açmaq istədiyi sirr nə olacaq?

Romanın süjeti satışa qədər gizli saxlanıb.

“Cəhənnəm” 4 milyonluq tirajla çıxır.

Braunun “İtirilmiş rəmz” romanı 2009-cu ildə ilk həftədə yarım milyon nüsxə satılmışdı.

oxuzali.az

# 2305 dəfə oxunub

Müəllifin son yazıları

# # #