"Kitabıstan" yeni kitabını təqdim etdi

"Kitabıstan" yeni kitabını təqdim etdi
19 sentyabr 2016
# 16:58

Sentyabrın 18-də “1984” adlı məkanda Dünya Sionist Təşkilatının qurucusu Teodor Hertslin “Yəhudi dövləti” kitabının təqdimat mərasimi keçirilib.


Kulis.Azın xəbərinə görə, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilən kitab “Kitabıstan” yayınlarının ikinci nəşridir. Kitabda İsrail dövləti yaradılandan sonra yəhudilərin buraya köçü, iqtisadiyyatın qurulması, ordu və polis sistemi, binaların və dini məbədlərin tikintisi və sair məsələlərdən bəhs olunur.

Təqdimatda “Kitabıstan”ın koordinatoru, gənc yazar Nicat Həşimzadə, kitabın naşiri, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə və digərləri çıxış ediblər.


Çıxışlardan sonra püşkatma yolu ilə “Yəhudi dövləti” kitabını qazanan şəxs seçilib.


Təqdimatın rəsmi hissəsindən sonra eyni məkanda “Kitabıstan”ın təşkilatçılığı ilə “book party” keçirilib.

Xatırladaq ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və “Kitabıstan” yayınlarının ilk nəşri (Etatizm Akademiyası - 1) rus yazıçı Qriqoriy Petrovun Finlandiyadakı aydınlanma hərəkatı haqqında yazdığı “Bəyaz zanbaqlar ölkəsində” kitabı olub.

# 1173 dəfə oxunub

Müəllifin son yazıları

# # #