Facebook qrupu kitab buraxdı

Facebook qrupu kitab buraxdı
16 may 2016
# 16:34

Bu günlərdə Facebookdakı "Kitabsevərlər" qrupu Astrid Lindqrenin "Biz Saltkrok adasındayıq" romanını çap edib.

Kulis.azın verdiyi məlumata görə, “Kitabsevərlər” qrupu artıq 11- ci kitabını nəşr etdirdi. Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” romanı ilk dəfə Azərbaycan dilində 1976-cı ildə işıq üzü görüb. Sözü gedən qrup isə 40 il sonra əsəri latın qrafikası ilə yenidən çap etdirib.

Əsərdə insanın müxtəlif yaş dövrlərində həyata və ətrafdakılara baxışı, yanaşma tərzi təsvir olunur, reallıqlar axıcı tərzdə oxucuya çatdırılır.

Kitabın təqdimatı mayın 22-də, saat 13-də “İçərişəhər” Bookhouse&cafe-də olacaq.

Kitabın qiyməti 6 manatdır.

# 986 dəfə oxunub

Müəllifin son yazıları

# # #