Barak Obamanın şeiri

Barak Obamanın şeiri
26 avqust 2016
# 12:50

Underground

Suyun altında kaha və böyük mağara
Doludur
Əncir yeyən meymunlarla.
Tapdalandıqca
Meymunların yediyi o əncirlər
Xırçıldayır hamısı ayaq altında.

Meymunlar zarıyır,
Ağardır köpək dişlərini ayaqlara,
Sonra oynayır,
Atılıb-düşür axan suda,
Süst, nəm gönləri
Bərq vurur mavi çalarda.

Tərcümə: Könül Arif (Həsənqulu)

sim-sim.az

# 887 dəfə oxunub

Müəllifin son yazıları

# # #