Finlandiyalılar İsrailin “Avroviziya”dan çıxarılmasını tələb etdilər

Finlandiyalılar İsrailin “Avroviziya”dan çıxarılmasını tələb etdilər
12 yanvar 2024
# 10:15

Finlandiyanın musiqi xadimləri İsrailin “Avroviziya” Mahnı Müsabiqəsindən kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.

Kulis.az xəbər verir ki, petisiyanın müəllifləri İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham edirlər.

Onlar hesab edirlər ki, müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi (EBU) israilliləri kənarlaşdırmaqdan imtina edərsə, Finlandiyanın Yle TV şirkəti öz iştirakçısını geri çağırmalıdır.

Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi İsveçdə - “Malmö Arenada” 7, 9 və 11 may tarixlərində keçiriləcək.

# 636 dəfə oxunub

Müəllifin son yazıları

# # #