Kulis.az peşəsini dəyişib ciddi işlərlə məşğul olan məşhur pornoaktrisaların siyahısını təqdim edir
1.Saşa Qrey
Porno filmlərdə karyerası 2006-cı ildə başlayıb. Onlarla porno filmdə çəkiləndən sonra 2009-cu ildə Amerika müstəqil kinosunun tanınmış nümayəndələrindən biri Stiven Soderberqin “Çağırışla gələn qadın” filmində baş rolu oynayıb. Onun sevdiyi rejissorlar arasında Jan Lyuk Qodar, Mikenlancelo Antonioni, Anyes Varda var. 2011-ci ildə pornobiznesdən gedən aktrisa kitab yazır. O, özünün “Neu Sex” adlı ilk avtobioqrafik kitabı haqqında deyir: “Mən öz bədənimdən alət, kətan kimi istifadəyə izn verdim. Bu mənə özümü araşdırmağa imkan yaratdı”. Hazırda erotik romanlar yazan Qrey sol baxışlara malikdir, ictimai həyatda fəal iştirak edir və sosial çarxlarda çəkilir.
2. Aziya Karrera
Atası yapon, anası alman olan Aziya Karrera ən yüksək intellekt əmsalı (İQ 156) olan pornoaktrisadır. 2000-ci illərdə o, yeddi illik kinokaryerasından sonra, ərə gedərək özünü uşaqlarına həsr eləyib. Aziya aktrisalıqdan öncə yapon məktəblərində ingiliscədən dərs deyib. Üstəlik, musiqi istedadına malik Aziya 13 yaşında Nyu-Yorkun məşhur Karnegi Holl zalında fortepianoda ifa edib. O, kvant fizikasını öyrənir, hekayə və ssenarilər yazır.
3. Melissa Skott
Porno filmlərdə Barbi Bridces adıyla çəkilib. 1980-ci illərdə çox məşhur idi. Peşəsinə son verən aktrisa tez-tez kilsəyə baş çəkir. O, pastor Cin Skotta ərə gedir. Sonralar özü də pastor tituluna layiq görülür. İndi Melissa tarix üzrə mütəxəssis və İncil şərhçisi kimi tanınır.
4. Şeron Mitçell
2003-cü ildə pornosənayeni tərk edən aktrisa bu sahədə çalışan həmkarlarının sağlamlığı uğrunda mübarizəyə başlayır. O, SPİD problemləri ilə fəal məşğuldur və yaratdığı şirkət bu sahədə testlər buraxır. Sosial gigiyena üzrə mütəxəssis olan aktrisaya alimlik dərəcəsi verilib.
5.Enni Sprinkl
1970-ci illərdə Sprinkl pronoaktrisa kimi karyerasına son verdi. Müsahibələrindən birində bu sahənin onu istismar etdiyini demişdi. Sonralar akademik karyera quran aktrisa hazırda seksuallığı araşdıran institutda elmlər doktorudur.
6. Key Parker
Key Parkerin çəkildiyi ən məşhur filmlərdən biri “Tabu”dur. Kino tənqidçiləri onu porno janrının ən yaxşı filmlərindən biri sayır. O, hazırda metafizikadan mühazirələr deyir.
7. Çiççolina
İtalyan porno kinosunun ulduzlarından biri Çiççolina parlamentə seçilən ilk porno aktrisadır. O, özünün sitatları ilə məşhurdur. Fars körfəzində müharibə zamanı o demişdi: ”Mən Yaxın Şərqdə sülhü qorumaq üçün Səddam Hüseynlə sevişməyə hazıram”. Aktrisa eyni təkliflə 2006-cı ildə Üsama Bin Ladenə də müraciət etmişdi.
8. Şelli Lyubben
Şelli Lyubben pornosənayedə çoxillik fəaliyyətindən sonra bu sahədən getdi. Və Allaha tapındı. Hazırda o, aktyorların bu sahədən uzaqlaşmasına yardım edən ”Çəhrayı Xaç” təşkilatının üzvüdür.
9. Ciorcina Spelvin
1970-ci illərdə fəaliyyətinə son qoyandan sonra, Spelvin kompüter qrafikası üzrə dizayner kimi işə başladı. Və böyük uğurlar əldə etdi.
10. Honi Uaylder
Honi Uaylder porno filmlərdən uzaqlaşandan sonra, ciddi kinoda və televiziyada dekorasiyaların qurulmasına nəzarət edir.