Bu il Oskar alan ilk transseksual qadının filmiƏSL KİNO

<b>Bu il Oskar alan ilk transseksual qadının filmi</b> – <span style="color:red;">ƏSL KİNO
10 mart 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Sebastyan Lelionun “Fantastik qadın” və Pol Tomas Andersonun “Xəyali ip” filmlərini təqdim edir.

Hər iki filmin premyerası 2017-ci ildə olub.

Çili rejissoru Sebastyan Lelionun “Fantastik qadın” dramı 67-ci Berlin kinofestivalının müsabiqə proqramında iştirak edib, ən yaxşı film kimi “Teddi” (homoseksual problemləri əks etdirən filmlərə verilən mükafat - S.S.) mükafatına layiq görülüb. Bu il isə o, “Ən yaxşı xarici film” nominasiyasında “Oskar”a sahib olub.

Süjet: Filmin qəhrəmanı ofisiant Marinadır (Daniela Veqa). O, transseksualdır. Sevgilisi Orlando (Fransisko Reyes) Marinaya görə ailəsini tərk edib. Bir gün Orlando qəfil vəfat edir. Orlandonun oğlu və keçmiş arvadı Sonia (Alina Kyuppenheym) ondan ərinə məxsus olan maşını, mənzili, iti tələb edir. Marina sevgilisinin mülkiyyətinə iddia eləmir. Amma sevdiyi kişinin sağlığında ona hədiyyə elədiyi iti vermək istəmir. O, oriyentasiyasına görə addımbaşı təhqir olunur. Xüsusən də Orlandonun keçmiş arvadı tərəfindən. Sonia Marinaya ərinin vidalaşma mərasiminə gəlməyi qadağan edir. Marina bir qadın kimi öz haqqı uğrunda mübarizəyə başlayır...

“Fantastik qadın” “Ən yaxşı xarici film” nominasiyasında “Sevgisizlik”, “Kvadrat”, “Bədən və ruh haqda” filmlərinə qalib gəlib. Həm rejissor ustalığı, həm ssenari, həm də bədii keyfiyyət baxımdan “Fantastik qadın” adıçəkilən filmlərə, özəlliklə də “Kvadrat” dramına uduzur.

Sadəcə, homoseskual mövzu dünya kinosunda əsas trendlərdən biri və güclü himayədarları olduğundan onlara xüsusi diqqət yetirilir.

Bununla belə film bir insan dramı, fərqli təcrübə kimi maraqlıdır.

Filmdə əsas motiv odur ki, Marina cəmiyyətdə olduğu kimi qəbul olunmaq, öz həyatını yaşamaq istəyir. Amma toplum buna hazır deyil.

Polisdən tutmuş bu problemlərlə məşğul olan mütəxəssisə qədər əksəriyyət onunla təhqiramiz intonasiyada danışır.

Filmboyu rejissor aktrisanın kədərli, dərin gözlərinə xüsusi aksent edir. Əhvalatın emosional gücü onun gözlərinin kədərində, səssizliyində və çığırmayan qətiyyətindədir.

Rejissor onun mübarizəsini plakatçılığa çevirmir.

Qəhrəman qadın olduğunu təsdiqləməyə çalışsa da, o, sanki bir cinsi ikilik-kişi və qadın duyğularının, davranışlarının arasında çırpınır.

Məsələn, o, qəzəbini qadın yox, məhz kişi kimi büruzə verir...

Daniela Veqa transseksualdır. Bu rol həm də onun şəxsi təcrübəsidir. Buna görə də onun ifasında təsirli alınıb. Veqa Oskarı qazanan ilk trans qadındır.

***

Müstəqil Amerika kinosunun parlaq simalarından biri Pol Tomas Andersonun “Xəyali ip” müxtəlif nominasiyalarda yer alsa da, Oskar mükafatını əldə edə bilməyib.

Süjet: Hadisələr 1950-ci illərin Londonunda baş verir. Məşhur kuturye Reynolds Vudkok (Daniel Dey Luis) və onun bacısı Siril (Lesli Menvill) moda sənayesinin mərkəzi fiqurlarıdır. Cəmiyyətin sayılıb-seçilən, nüfuzlu qadınları məhz Vudkokun əlbisələrini geymək arzsundadır.

Subay Vudkok qadınlardan muza kimi istifadə edir, ilham pərisi missiyasını bitirincə, onlardan vecsizcəsinə yaxa qurtarır.

Vudkok kafedə gənc ofisiant Almayla (Viki Krips) tanış olur. Alma onun yeni ilham pərisinə çevrilir. Vaxt gəlir Alma da onun biganəliyi ilə üzləşir...

”Xəyali ip” hisslərini ciddi nəzarətdə saxlayan, sənətinə mübtəla olan bir kişinin qadın sevgisi qarşısında necə təslim olmasını anladır. Hərçənd, tiran xarakterli kişinin təslimçiliyi, etirafları ağrılı baş verir. O, Almaya emosional müdafiəsini zəiflətməsini bağışlaya bilmir. Bu səbəbdən ona qarşı qəddarlaşır. Ancaq onsuz yaşaya da bilmir.

Rejissor Almanı xəstəhal, bir növ sadomazoxist görünüşlü tipaj kimi verib. Çünki o, kişinin hər cür pis rəftarına qatlanr, onu mübtəlalıqla sevir.

Demək olmaz ki, bu, Andersonun yaxşı filmlərindən biridir. Anderson adətən çoxplanlı, çoxmənalı süjet qursa (“Buqi stilində gecələr”, “Maqnoliya”, “Neft”) da, musiqidən ustaca yararlansa da, “Xəyali ip” sadə süjet üzərində qurulub və aşırı musiqidən istifadə edilib...


Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

# 2845 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #