“Əlilliyi olan aktyorlarımıza səhnə vermirlər” - QALMAQAL

“Əlilliyi olan aktyorlarımıza səhnə vermirlər” - <span style="color:red;">QALMAQAL
20 iyul 2017
# 17:35

Müstəqil teatrların problemləri nələrdir? Onlar ayaqda qalmaq üçün nələrdən keçir? Bu suallara cavab tapmaq üçün Əsa teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadəni dinlədik. Kulis.az həmin söhbəti sizə təqim edir.

Xatırladaq ki, ƏSA teatrıının əsas heyəti əlilliyi olan aktyorlardan ibarətdir. Teatr 3 sentyabr 2016-cı ildə yaranıb.

- Nihad, ƏSA teatrı neçə tamaşa və ya layihə təqdim edib bu günədək?

- ƏSA Teatrı doqquz aylıq fəaliyyətində iki tamaşa - “DUMB” və “Yuxum” , bir performans hazırlayıb. Tamaşaların hər biri müəyyən fasilələrlə iki dəfə nümayiş olunub.

- Məşq etmək üçün daimi bir yeriniz varmı və kirayəni necə ödəyirsiniz?

- 7 aya yaxındır Nizami metrosunun yaxınlığında kirayələdiyimiz məkanda məskunlaşmışıq. Orada görüşürük, məşqlərimizi edirik. Lakin şəraiti bizim üçün tam uyğun olmadığı üçün başqa bir yerə köçmək fikrimiz var. Normal şəraiti olan məkanlarında aylıq icarə haqqı ən az 400-500 manatdır. Kirayəni isə öz cibimizdən ödəyirik. Elə digər xərcləri də.

Tamaşaçılar tez-tez bizdən növbəti nümayişimizin nə zaman olacağını soruşur. Biz isə hazırda “Yuxum” tamaşasını oynamağa səhnə tapa bilmirik. Daha əvvəl iki dəfə səhnəsinə çıxdığımız Teatr Xadimləri İttifaqı da artıq bizə qərəzli şəkildə yer vermir. Nəzərinizə çatdırım ki, tamaşamızda səkkizi əlilliyi olan olmaqla, on beş aktyor iştirak edir.

- Nə qərəzi? Bir qədər açıqlayın. Sizin hansısa razılaşmanız, ya müqaviləniz varmı İttifaq ilə?

- İstərdim sizə Teatr Xadimləri İttifaqının sədri və Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri olan Azərpaşa Nemətovla tanışlığımdan danışım. Mart ayının əvvəli Britaniyadan ölkəmizə “Candoco” rəqs ansamblı gəlmişdi. Onlar iki dəfə “Azdrama”da öz performanslarını nümayiş edəcəkdilər. Biz ƏSA Teatrı olaraq onların ilk nümayişinə qatıldıq. Performansdan sonra onların bədii rəhbərlərinə tamaşaçılar sual verməyə başladı. Təxminin beş-altı əlilliyi olan şəxslər (onlar bizim komandadan deyildilər) sual haqqı istəyərək, ƏSA Teatrı haqqında danışmağa başladılar. Hətta aralarında biri dedi ki, ƏSA Teatrı yeni yaranıb və tamaşalarında sosial mövzulara toxunurlar, problemləri qabardırlar. Bəs sizin məqsədiniz nədir? Biz bu performansdan heç bir mesaj götürmədik. Sual-cavab hissəsi bitənə yaxın, yuxarıda – lojada Azərpaşa Nemətovun həyəcanlı səsi gəldi: “Nə ƏSA teatrı?”, “Bizdə də belə teatr var bəyəm?”, “Baxın, hələ internetdə…”

Sonra Azərpaşa Nemətovun mənimlə görüşmək istədiyini, lazım olduğu təqdirdə bizə məşq və tamaşa nümayişlərimiz üçün yer ayıra biləcəyini dedi.

Bir aydan sonra Azərpaşa Nemətovla görüşdüm, mənə bildirdi ki, biz ƏSA teatrı olaraq sədri olduğu Teatr Xadimləri İttifaqında məşq də edə bilərik, tamaşa da oynaya bilərik. Ümumiyyətlə, ƏSA Teatrına dəstək olmaq istədiyini və əlindən nə gəlirsə edəcəyini dedi. Tamaşa nümayişi üçün səhnə problemi yaşadığımızı və heç kimin bu barədə bizə dəstək göstərmək niyyətində olmadığını nəzərə alsaq, “Azdrama”nın bədii rəhbərinin bu təklifi alqışlanmalı idi. Görüş bitəndə biz artıq razılaşmışdıq ki, ƏSA Teatrı Teatr Xadimləri İttifaqının səhnəsində tamaşa oynayacaq, nə lazım olsa şərait yaradacaqlar. Sevincli idim, çünki komandama şad xəbərim var idi. İlk tamaşa uğurla baş tutdu, bütün biletlərimiz 5 gün qabaqcadan alınmışdı. “Yuxum” tamaşasının premyerası çox böyük anşlaqla keçmişdi.

Tamaşaçılar təkrar nümayiş istəyirdi bizdən. Mən premyeranın səhərisi günü Teatr Xadimləri İttifaqının binasına gedərək, sədr müavini olan, Xalq Artisti Rafiq Əliyevlə görüşdüm. Ümumiyyətlə, Azərpaşa Nemətovla olan görüşdən sonra mən digər məsələləri daha çox Rafiq Əliyevlə həll etmişəm. Sağ olsun, özü də hər zaman diqqətlə yanaşıb. Rafiq Əliyevlə müəyyən etdik ki, növbəti nümayişimiz mayın 22-si olsun. Artıq işçilərə bu barədə təlimat da verildi. Daha sonra otağa Azərpaşa Nemətov gəldi. Rafiq Əliyev dedi ki, premyeraları çox gözəl keçib (Qeyd edim ki, “Azdrama”da da tamaşa olduğu üçün A. Nemətov gəlməmişdi premyeramıza).

Sonra Azərpaşa Nemətov dedi ki, siz keçin bundan sonra Teatr Xadimləri İttifaqının nəzdinə, afişalarda qeyd edin ki, Teatr Xadimləri İttifaqının nəzdində ƏSA Teatrı. Belə olsa siz burda daha çox tamaşa oynayarsız. Amma gərək ittifaqın nəzdinə keçəsiniz. Sonra Rafiq Əliyevlə öz aralarında danışmağa başladılar. Azərpaşa Nemətov həmin an gələcəkdə fenomen olacaq o cümləni işlətdi: “Nu davay, biz sizə krişa da”.

Mən isə öz növbəmdə bildirdim ki, biz müstəqil şəkildə fəaliyyət göstərmək istəyirik. Siz elə bizə sadəcə tamaşa nümayişi üçün yer versəniz çox gözəl olar. Bundan sonra otaqdakı aura mənə dedi ki, sizə daha yer verilməyəcək.

- İttifaqın üzvüsünüzmü?

- Xeyr, ümumiyyətlə ittifaqın üzvü olmamışam. Elə bu məsələdə də mən birmənalı şəkildə bildirdim ki, biz ittifaqın nəzdinə keçməyəcəyik. Doğrudur, TXİ-nin nəzdində keçdiyimiz halda da bizim teatr müstəqil sayıla bilər. Amma mən bu təklifi qəbul edə bilməzdim.

- Bəs niyə İttifaqın nəzdinə keçmək istəmirsiniz? Burada nə var ki?

- Mən bir halda bu təklifə razı olardım ki, nəinki bizim teatra, hazırda havada qalan digər teatrlara, tamaşa qurmaq istəyən gənc rejissorlara da bu şərait yaradılardı. Mən necə qəbul edim ki, ittifaq gənclərə dəstək olmalı olduğu halda, əksinə onları o binadan uzaqlaşdırır, ad olaraq ittifaq olsa da, heç bir teatrlararası ittifaq yarada bilmir. Belə olan halda, ƏSA Teatrı bu ittifaqa üzv ola bilməz. Azadlığımıza, müstəqil seçimlərimizə mütləq şəkildə müdaxilə olacaqdı.

- Bir müstəqil teatr olaraq texniki, maliyyə, yaradıcı dəstək aldığınız mənbələri söyləyə bilərsinizmi? Və ya sizə dəstək verən digər qurumlar sizə hansısa şərt irəli sürmürmü?

- Böyük Britaniya Səfirliyindən başqa heç bir qurum teatrımıza dəstək olmayıb. Böyük Britaniya səfirliyi Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırladığımız “Yuxum” tamaşasının hazırlanmasında bizə cüzi maliyyə dəstəyi göstərib.

Hazırda heç bir mənbədən nə texniki, nə maliyyə, nə də yaradıcı dəstək almırıq.

- ƏSA teatrı həm də və bəlkə daha çox sosial layihədir. Hansısa sosial institutlara dəstək üçün müraciət edirsinizmi?

- Sosial Müdafiə Nazirliyindən tamaşamıza baxıblar və onlar bilir ki, biz tamamilə müstəqil şəkildə fəaliyyət göstəririk, maddi problemlərimiz var. Bunu bildikləri halda heç bir dəstək göstərmirlər. Keçən səfər bizə bildirdilər ki, sizə 1000 manat dəyərində dəstək oluruq ki, kirayə qaldığınız məkanın iki aylıq pulunu verəsiz. Biz də dedik, nə yaxşı bizə dəstək olmağı düşünüblər… Teatrımızın beş üzvünün şəxsiyyət vəsiqəsi ilə, əlilliyini təsdiq edən sənəd aparmalı idik nazirliyə. Düşündük ki, yəqin qeydiyyat məsələsidir. Getdim nazirliyə, orada dedilər ərizə də yazmalısız. Ərizəyə baxanda məlum oldu ki, bu hər bir əlilliyi olan şəxsə dövlət tərəfindən verilməli olan bir dəfəlik yardımdır. Adambaşına 200 manat verirlər. Beş nəfər üzvümüzü də hesablayanda elə 1000 manat edir. Yəni bu dedikləri 1000 manat ƏSA Teatrına ayrılan pul deyil, hər bir əlilliyi olan şəxsin haqqı olan bir dəfəlik yardımdır. Belə çıxır biz uşaqlara verilməli olan pulu götürüb, kirayə pulumuzu verəcəkdik. Bunu biləndən sonra qəti şəkildə bu təklifi rədd etdik.

# 2311 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #