“Azərbaycanda gördüm ki, Fəxrəddin Manafov böyük aktyordu”

“Azərbaycanda gördüm ki, Fəxrəddin Manafov böyük aktyordu”
1 oktyabr 2013
# 11:42

- “Mahmud və Məryəm” rejissoru olduğunuz ilk filmdir. Amma kinoprokatda böyük uğur qazanan “Kaybedenler kulübu” filminin ssenarisini yazmısınız. İlk filminizi öz ssenarinizlə çəkmək istərdinizmi?

- Əslində bunu çox istəyirdim. Planım da bu idi. Amma bu proje qarşıma qəfil çıxdığına görə razılaşdım.

- “Mahmud və Məryəm” filmini uğurlu hesab edirsinizmi?

- Yaxşı sualdır (gülür). Bir filmin uğur meyarları müxtəlifdir. Xüsusilə də roman əsasında ekranlaşdırılan filmlərdə. “Mahmud və Məryəm” fəlsəfi romandır. Yazıçı hekayəyə və obrazlara ilahi bir münasibət göstərir. Roman fəlsəfi olmasa belə bunu filmə uyğunlaşdırmaq çətindir. Bu mənada çətin film oldu. Mən həqiqi atmosferi və hissiyyatı düzgün verə bildiyimizi, dolayısı ilə uğurlu bir film çəkdiyimizi düşünürəm.

- Filmdəki anaxronizm tənqid edilir. Çünki Azərbaycanda xanlıqlar dövrü XVIII əsrdə olub, Çaldıran döyüşü isə XVI əsrin əvvəllərində. Film bu iki əsrlik fərqi nəzərə almır.

- Bu məsələni filmin əvvəlindən bəri azərbaycanlı məsləhətçilərlə müzakirə edirdik. Hekayədə xanlıq söhbəti vardı. Çaldıran döyüşü isə yazıçı ilə razılaşdırdığımız parametr idi. Nəticədə sənədli film çəkmədiyimiz üçün bu anaxronizmə fikir vermədik. Amma filmin əsas problemi bu deyildi. Başqa xronoloji xətalar da vardı. Əlbəttə ki, indi bunları deməyəcəm (gülür). Bircə onu deyə bilərəm ki, azərbaycanlı məsləhətçilərdən razılıq alınmışdı. Bu formada olan kiçik detallar hekayənin təsvirinə xidmət edirsə onları nəzərə almamaq olar.

- Filmin sonunda Mahmudun yanma səhnəsini tənqidçi və tamaşaçılar realist hesab etmədilər. Bu haqda danışmaq istərdinizmi?

- İstəyərdim. Yüzdə yüz razıyam. Amma belə bir səbəb də deyə bilərəm. Bu cür epik filmlərdə çox güclü, hazırlanması da uzun çökən vizual effektlərdən istifadə edilməlidir. Epik filmlər zatən bahalı filmlərdir. Bunun üstünə vizual qrafika xərclərini də gəlsək büdcə qorxunc səviyyəyə çatar. Bizdə də bu qrafiklərin hazırlanması uzun çəkdi və problemli yerləri dəyişdirmək üçün vaxt qalmadı. Həm prodüserlər, həm də mən bəzi qüsurları gördük və düzəltmək istədik. Amma vaxtımız qalmamışdı. Adi bir Hollivud filmində bu effeklərin hazırlanması 8-9 ay çəkir, bizim isə filmi çəkib qurtarmaq üçün 4 aydan da az vaxtımız vardı. Film bitdikdən sonra prokata buraxılmasına bir neçə gün qalmışdı və mən heç nə edə bilmirdim.

Bütün bu bəhanələr, üzürlər filmdəki problemləri həll etmir. Tamaşaçını problemlər yox, nəticə maraqlandırır. Ona görə də bu prosesin heç bir mənası yoxdur. Mənim bundan özüm üçün çıxartdığım nəticə odur ki, bir daha bu cür problemlərə izin verməyim.

- Azərbaycanlı rejissorlar adətən ssenaristlərin təzyiqlərindən şikayət edirlər. Bu filmdə rejissor kimi özünüzü azad hiss edirdinizmi?

- Türkiyədə bəzi layihələrdə də oxşar vəziyyət yaranır. Amma bizdə belə bir problem olmadı. Elçin ilk toplantıda mənə: “Rejissor filmin ağasıdır. Sadəcə əsərin mahiyyətinə zərər verməsəniz məmnun olaram”, - dedi. Bu çox müasir və dəyərli münasibətdir. Elçinin belə müdaxilə etmədiyi prosesə ssenaristlərin də müdaxiləsi və təzyiqi olmadı.

- Filmdə azərbaycanlı aktyorlar da oynayıb. Onlarla işləmək türk aktyorlarına nisbətən daha fərqli idimi?

- Mən bir çox amerikan, ingilis, fransız, alman, rus aktyorlarla çalışmışam. Onların arasında dünya starları da olub. “Mahmud və Məryəm”də xorvat aktyor da vardı. (Ceyran rolunun ifaçısı Kristina Krepela-Red.) Artistin milləti olmur. Yaxşı və pis artist olur. Xüsusilə də Fəxrəddin Manafov, Şamil Süleymanov, Murad Abdullayev möhtəşəm aktyorlardı. Digər aktyorlar pisdi demirəm, xahiş edirəm məni düz başa düşəsiniz. Amma dediyim üç aktyor mənim çox xoşuma gəldi.

- Filmin Bakıda keçirilən premyerasında Fəxrəddin Manafov çəkiliş meydanında aktyorların xətrinə dəydiyi üçün üzr istədi. Çəkiliş zamanı gərginlik olurdumu?

- Azərbaycanda Fəxrəddinin çox böyük aktyor olduğunu gördük. Yəqin ki, üzərində bundan qaynaqlanan təzyiq vardı. Əvvəllər çox yaxşı və rahat idi, amma zaman keçdikcə gərginləşməyə başladı. Çəkiliş meydançasında belə şeylər həmişə olur. Əvvəllər də bu suala eyni cavabı vermişdim. Çəkiliş həyat kimidir. Bəzi günlər şirin, bəzi günləri acıdır. “Mahmud və Məryəm”in gözəl günləri gərgin günlərindən çox idi. Vacib olan da budur.

- Cavablandırmaq istəyib, amma sual verilmədiyinə görə cavablandıra bilmədiyiniz sual qaldımı?

- Xeyir. Suallarınız çox gözəl idi. Mənə bu şansı verdiyiniz üçün təşəkkür edirəm.

# 4117 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər