İsmayıl Şıxlıya həsr olunmuş filmin təqdimatı olub

İsmayıl Şıxlıya həsr olunmuş filmin təqdimatı olub
29 oktyabr 2019
# 09:21

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ARB televiziyası “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Ölən dünyanın yaddaşı” adlı sənədli filmin təqdimatı olub.

APA-nın məlumatına görə, film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunub.

Tədbiri giriş sözü ilə professor Qulu Məhərrəmli açıb. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edildiyini bildirib: "Bu il ərzində bir sıra tədbirlər keçirilib. Belə əlamətdar hadisələrdən biri də "Ölən dünyanın yaddaşı" adlı sənədli filmin çəkilməsidir".

Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək bu il Azərbaycan ədəbiyyatının çox uca zirvələrindən olan Nəsiminin 650, İsmayıl Şıxlının isə 100 illiyinin qeyd olunduğunu söyləyib: "Bu iki adamın yubileyinin bir ilə düşməsi məncə qanunauyğundur. Çünki Nəsimi insanların qula çevrilib satıldığı dövrdə insanı Allah səviyyəsində görürdüsə, İsmayıl Şıxlı da ötən əsrdə Azərbaycan insanını təxminən o səviyyədə görürdü. İsmayıl Şıxlı çox böyük həyat məktəbi idi. O, çox az adama nəsib olan şərəfli bir ömür yaşamışdı. Bu xalqın dünyası İsmayıl Şıxlılar yaşadıqca var olacaq, yoxsa bu dünyamız da öləcək".

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək qonaqlara təşəkkürünü bildirib.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və heyət adından filmin müəllifi Arif Əliyev çıxış edib.

Daha sonra film təqdim olunub.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, montajçısı Pərviz Səlimov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Filmdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol alıb.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər