Bakıda Latın Amerikası Kinofestivalı keçiriləcək

Bakıda Latın Amerikası Kinofestivalı keçiriləcək
10 aprel 2018
# 09:59

Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək.

Səfirlikdən Azərtaca bildiriblər ki, festival çərçivəsində filmlər “Park Cinema” (“Flame Towers”) kinoteatrında, “Landmark” kompleksinin kino zallarında, həmçinin Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.

Kinofestivalın keçirilməsində əsas məqsəd Azərbaycan tamaşaçılarını Latın Amerikası ölkələrinin mədəniyyəti və ənənələri, xüsusilə kinematoqrafiya tarixi və istiqamətləri ilə yaxından tanış etməkdir. Festival çərçivəsində Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksika istehsalı olan yeddi ekran əsəri təqdim ediləcək. Filmlər ingilis dilində subtitrlər ilə ispan və portuqal dillərində göstəriləcək. Bütün seanslara giriş sərbəstdir.

Meksika səfirliyinin məlumatında deyilir: “Latın Amerikası ölkələrinin zəngin mədəni irsi var. Yeni ictimai cərəyanların qədim adət-ənənələrlə uzunmüddətli sintezi prosesi öz əksini regionun istər mədəni və qastronomik rəngarəngliyində, istərsə də tarixi və linqvistik zənginliyində tapıb”.

# 1751 dəfə oxunub

Oxşar xəbərlər

"Kann"ın namizədləri - Siyahı

"Kann"ın namizədləri - Siyahı

10:50 12 may 2025
"Üzüklərin növbəti hökmdarı" kimdir? - Tarix

"Üzüklərin növbəti hökmdarı" kimdir? - Tarix

13:00 10 may 2025
8-ci ANİMAFİLM - Beynəlxalq Animasiya Festivalı

8-ci ANİMAFİLM - Beynəlxalq Animasiya Festivalı

11:00 10 may 2025
"Mənim sehirli dünyam"  filminin dünya premyerası keçirildi

"Mənim sehirli dünyam" filminin dünya premyerası keçirildi

13:00 8 may 2025
"Adile"  filmində Münir Özkulu o oynayacaq

"Adile" filmində Münir Özkulu o oynayacaq

10:40 8 may 2025
Qayınanası ilə sevgili olan rejissor kimdir? -  Sevda Sultanova

Qayınanası ilə sevgili olan rejissor kimdir? - Sevda Sultanova

18:15 7 may 2025
# # #