İtaliyanın məşhur balet truppası Bakıya gəlir

İtaliyanın məşhur balet truppası Bakıya gəlir
4 aprel 2018
# 14:40

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində teatra tanınmış italyan balet truppası "Spellbound"un çıxışı olacaq.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, balet truppası Bakıda "Bir axşam Spellboundla"adlı proqram təqdim edəcək.

"Spellbound" balet truppasının əsası 1994-cü ildən tanınmış xoreoqraf Mauro Astolfi tərəfindən qoyulmuşdur. Mauro Astolfi müasir dövrün tanınmış italyan xoreoqraflarından biridir. O, Avropa və ABŞ-ın müxtəlif balet məktəblərinin təcrübələrindən istifadə etməklə yanaşı, quruluş verdiyi rəqslərə öz təkrarolunmaz üslubunu da əlavə edir. Xoreoqraf öz quruluşlarında klassik baletlə müasir rəqs elementlərindən ustalıqla istifadə edərək plastik, qeyri-adi ansambllar - duet və triolar qurur.

"Spellbound" mütəmadi olaraq bir çox milli və beynəlxalq balet festivallarında böyük uğurla çıxış edir. Son illərdə truppa öz proqramlarını Venesiya biennalisində, Hyustonda "Dance Salad Festival"ında, Banqkok beynəlxalq rəqs və musiqi festivalında, Seuldakı “SIdance”, Təl-Əvivdəki "Aviv" beynəlxalq caz festivalında, Quandunda rəqs festivalında, Valensiyada "Temporada" festivalında, həmçinin Milanda Karkano Teatrında, Bostonda Şubert festivalında, Klivlenddə Oqayyo Teatrında, Kataniyada Massimo Bellini Teatrında, Düseldorfda beynəlxalq Tanzmesse festivalında, Nyu-Yorkda APAP rəqs konfransında, Tokioda "Dance New Air" festivalında, Vankuverdə «Chutzpah!» rəqs festivalında təqdim etmişdir.

Truppanın çıxış etdiyi ölkələrin KİV və balet tənqidçiləri "Spellbound"un çıxışlarının professional səviyyəsinə hər zaman yüksək qiymət verirlər.

# 1383 dəfə oxunub

Oxşar xəbərlər

Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

14:29 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
#
#
# # #