Məqalə müsabiqəsinin vaxtı uzadılıb

Məqalə müsabiqəsinin vaxtı uzadılıb
31 may 2018
# 09:56

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə elan etdiyi “Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyalar müsabiqəsinin vaxtını uzadıb.

Müsabiqəyə marağın çox olduğu nəzərə alınaraq vaxt bir ay uzadılıb.

Müsabiqədə iştirak etmək istəyənlər məqalə və resenziyalarını iyun ayının sonunadək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim edə bilərlər.

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirmək məqsədilə keçirilir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar qəbul olunur. Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda “Courier New”də, 12 ölçüdə təqdim olunmalıdır. Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır.

Müsabiqədə I, II və III yeri tutan qaliblər müvafiq olaraq 1000, 750, 500 manat pulla mükafatlandırılacaqlar./azertag.az/

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"

16:30 24 fevral 2026
Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
"Yuva"  filmi yenidən nümayiş olunacaq

"Yuva" filmi yenidən nümayiş olunacaq

15:40 19 fevral 2026
Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

15:04 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər