“Arşın mal alan” Monteneqroda göstərilib

“Arşın mal alan” Monteneqroda göstərilib
26 aprel 2018
# 10:08

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Arşın mal alan” filminin bərpa olunmuş və rənglənmiş versiyasının Monteneqro dilində təqdimatı keçirilib.

Tədbirdə Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Film tamaşaçılar tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, “Arşın mal alan” filmi 1913-cü ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında 1945-ci ildə ağ-qara formatda çəkilib. Ekran işi Heydər Əliyev Fondunun təşəbbüsü və “Ata Holding” şirkətinin dəstəyi ilə 2013-cü ildə operettanın 100 illiyi münasibəti ilə Hollivudda bərpa edilib.

# 1878 dəfə oxunub

Oxşar xəbərlər

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
#
#
# # #