“Azdrama”da “Şekspir” nümayiş olunacaq

“Azdrama”da “Şekspir” nümayiş olunacaq
29 sentyabr 2016
# 11:59

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Petru Vutkereudur.

Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu Kişinyovdakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəridir.

Tamaşanın tərtibat rəhbəri xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsərində əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Pərviz Bağırov, Nigar Güləhmədova, Anar Heybətov çıxış edəcəklər.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Xəstəxanaya Drob-13–ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

İsrailin film şirkətlərinə boykot

İsrailin film şirkətlərinə boykot

09:35 10 sentyabr 2025
"Harri Potter"in rəssamı vəfat etdi

"Harri Potter"in rəssamı vəfat etdi

17:00 9 sentyabr 2025
Məşhur aktyor yeni rolu üçün arıqladı

Məşhur aktyor yeni rolu üçün arıqladı

16:30 9 sentyabr 2025
"Buffalo 8"in beynəlxalq satış hüquqları satın alındı

"Buffalo 8"in beynəlxalq satış hüquqları satın alındı

16:00 9 sentyabr 2025
Noah Baumbax “Jay Kelly” filminə görə mükafat alacaq

Noah Baumbax “Jay Kelly” filminə görə mükafat alacaq

13:33 9 sentyabr 2025
"Organize işler"  filmi əsasında serial çəkiləcək

"Organize işler" filmi əsasında serial çəkiləcək

10:20 9 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər