Bakıda Kino İnkişaf Mərkəzi yaradılıb

Bakıda Kino İnkişaf Mərkəzi yaradılıb
30 aprel 2018
# 14:13

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzi yaradılıb.

İdarədən Kulis.aza verilən xəbərə görə, Mərkəz Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.

Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.

# 1410 dəfə oxunub

Oxşar xəbərlər

“Atropatena” filminin çəkilişinə hazırlıq gedir

“Atropatena” filminin çəkilişinə hazırlıq gedir

15:15 17 sentyabr 2025
Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

18:24 16 sentyabr 2025
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

16:51 16 sentyabr 2025
“Yaşıl çəmən”  filmi Linz Akademiyasının inkişaf proqramında

“Yaşıl çəmən” filmi Linz Akademiyasının inkişaf proqramında

13:46 16 sentyabr 2025
Gündəlik iş, eyni vərdişlər - Ehtiyaclar bizi necə dəyişdirir?

Gündəlik iş, eyni vərdişlər - Ehtiyaclar bizi necə dəyişdirir?

13:22 16 sentyabr 2025
"Şah ölüm"  nümayiş olundu

"Şah ölüm" nümayiş olundu

11:00 16 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər