Ssenari müsabiqəsi elan olundu

Ssenari müsabiqəsi elan olundu
25 iyul 2017
# 12:11

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.

Müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə sənədli filmlər üçün ssenarilər qəbul olunur. Hər müəllif üç ssenaridən artıq təqdim edə bilməz. Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

Ssenarilər oktyabrın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (Səməd Vurğun küç. 43 (World Business Center, 16-cı mərtəbə) göndərilməlidir.

Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qalib elan edəcək. Qalib ssenarilərin müəllifi pul mükafatı və diplomla təltif olunacaq. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq 1500, 1000 və 500 manat veriləcək. Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq. /azertag.az/

# 2814 dəfə oxunub

Oxşar xəbərlər

Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
"Yuva"  filmi yenidən nümayiş olunacaq

"Yuva" filmi yenidən nümayiş olunacaq

15:40 19 fevral 2026
Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

15:04 19 fevral 2026
“Məsumiyyət muzeyi”  yenidən gündəmdə

“Məsumiyyət muzeyi” yenidən gündəmdə

10:25 17 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər