“Ölülər” məktəb səhnəsində

“Ölülər” məktəb səhnəsində
11 mart 2016
# 16:23

Bilik Fondunun təşkilatçılığı ilə Bakı Slavyan Universityeninin tələbələri və Məktəb-Lisey Kompleksinin şagirdləri “Ölülər” tamaşasına baxıblar. Bilik Fondunun İnformasiya təminatı sektorundan Kulisə verilən məlumata görə tamaşa “Auditoriya+” layihəyəsi çərçivəsində həyata keçirilib.

Görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov, Mədəniyyət və İncəsənət Universitetinin Elmi-tədqiqat şöbəsinin müdiri Nigar Sultanlı, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin direktoru İlahə Carçıyeva, məktəblilər və tələbələr iştirak ediblər.

Əsası 1873-cü ildə qoyulan Azərbaycan Milli Teatrının 143 illiyinə təsadüf edən tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı Bakı Slavyan Universitetinin Filologiya və jurnalistika fakültəsinin tələbələri, Məktəb Lisey Kompleksinin yuxarı sinif şagirdləri qarşısında oynayıblar.

ADMİU-nun dosenti Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa məktəblilər və tələbələr tərəfindən maraqla qarşılanıb. Sonda Fondun “Auditoriya+” layihəsində fəal iştirak etdiklərinə görə tələbə-aktyorlara təşəkkürnamələr təqdim olunub.

Məmməd Səfa həm də Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılan “Mizan” dram dərnəyinin müəllimidir. Dərnəyin üzvü olan tələbələr M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını səhnələşdirirlər.

Bilik Fondu “Auditoriya+” layihəsi çərçivəsində paytaxtla yanaşı, bölgə gənclərini də klassiklərin əsərləri ilə tanış etməyi nəzərdə tutur.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər