"Otel Loo" filminin çəkilişlərinə başlanıldı

"Otel Loo" filminin çəkilişlərinə başlanıldı
19 oktyabr 2024
# 13:00

Rejissor Elvin Rüstəmzadə “Otel Loo” adlı yeni filmin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır. Baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayev olan film “3İ Cinema” və “Gold Cine Vision” tərəfindən birgə istehsal olunur. Yaş həddi 16+ olan filmin operatoru Vasif Vəlizadə, rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir.

Ssenarisi Asiman Ağa Rövşənə məxsus filmin mövzusu Murad adlı tanınmış psixoloqun başına gələn hadisələr üzərində cərəyan edir. Murad müxtəlif sosial verilişlərdə ekspert qismində çıxışlar edir, problemli insanları dinləyir və onlara məsləhətlər verir. Bir gün də Aliyə adlı məşhur müğənni onun qəbuluna gəlir. Aliyənin əsl məqsədi ekspertlə münasibət yaratmaq olur. Əslində astrologiyaya həddən artıq inanan və həyatını bürclərə uyğun yaşayan Aliyə Muradı televizorda görüb bəyənib, hətta onun bürcü ilə maraqlanıb və müəyyən edib ki, ona ən uyğun partnyor elə Muraddır.

Aliyə uyğun bir məqamda ekspertə intim münasibətlərə başlamağı təklif edir və Muradı yoldan çıxarır. Onlar ilk gecəni oteldə keçirməyi qərara alırlar. Murad ehtirasa qapılarkən özündən biixtiyar Aliyənin boğazından bərk sıxmağa başlayır. Aliyə həyəcandan huşunu itirir, bununla da qızın ürəyi dayanır. Murad Aliyənin öldüyünü zənn edib təlaşa düşür. Variantlar axtarır. Öz həyat yoldaşı, məhkəmə tibbi ekspertizasının kriminalisti işləyən Səbinəni köməyə çağırmağa məcbur olur…

Filmdə rolları Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə canlandırır.

# 1053 dəfə oxunub

Oxşar xəbərlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər

12:00 22 fevral 2025
Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

10:45 22 fevral 2025
Məşhur rejissor yeni film çəkilişlərinə  hazırlaşır

Məşhur rejissor yeni film çəkilişlərinə hazırlaşır

10:37 22 fevral 2025
"Ceyms Bond" hüquqlarını satdı

"Ceyms Bond" hüquqlarını satdı

18:40 21 fevral 2025
Oğlu ilə bir serialda oynayacaq

Oğlu ilə bir serialda oynayacaq

15:30 21 fevral 2025
Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

12:15 21 fevral 2025
#
#
# # #