"Odisseya" filmi kassa gəlirlərinə görə liderliyini qoruyur

"Odisseya" filmi kassa gəlirlərinə görə liderliyini qoruyur
29 iyul 2026
# 10:40

Kristofer Nolanın imza atdığı "Odisseya" filmi premyerasından sonra qazandığı uğuru davam etdirərək ABŞ-də ikinci həftəsonu 87 milyon dollar gəlir əldə edib və kassada liderliyini qoruyub.

Kulis.az xəbər verir ki, 100 milyon dollardan çox gəlirlə premyera edən filmlərin ikinci həftəsonunda təxminən 50 faiz geriləmə yaşamasının gözlənilən bir göstərici olduğunu nəzərə alsaq, Nolanın yeni epik filminin bu həftəsonundan etibarən "Hörümçək adam: Yeni bir gün" kimi güclü bir rəqibi olsa da, kassada mühüm rol oynamağa davam edəcəyini söyləmək olar.

"Odisseya" dünya üzrə cəmi on gün ərzində 639,6 milyon dollar gəlir əldə edərək, nümayiş müddətinin sonunda 1,3 milyard dollar həddini aşa biləcəyini açıq şəkildə göstərib. Film qlobal miqyasda 1,1 milyard dolları keçdiyi an "Qara cəngavər yüksəlir" filmini geridə qoyaraq Kristofer Nolanın ən çox gəlir gətirən ekran işi olacaq.

Kassada istədiyi gəliri əldə edə bilməyən "Moana"nın canlı çəkiliş remeyki 10,5 milyon dollarla ikinci pillədə qərarlaşıb. Qlobal miqyasda 1,02 milyard dollara çataraq 2026-cı ilin indiyə qədər ən çox gəlir əldə edən filmi olan "Oyuncaqların hekayəsi 5" isə nümayişdəki altıncı həftəsonunu 10 milyon dollarla üçüncü pillədə başa vurub.

"Odisseya" filmi haqqında

"Odisseya" (The Odyssey) — rejissor Kristofer Nolan tərəfindən 2026-cı ildə lentə alınan epik filmdir. Ekran işi antik yunan şairi Homerin eyniadlı poeması əsasında çəkilib. Filmin baş rollarında Mett Deymon (Odissey), Enn Heteuey (Penelopa) və Tom Holland çıxış edirlər. 3 saatlıq xronometraja malik olan bu layihə tam olaraq IMAX 70 mm lent kamerasında çəkilən ilk ekran işi kimi tarixə düşüb. Süjet Troya müharibəsindən sonra evə qayıtmaq üçün 10 illik təhlükəli səyahətə çıxan Odisseyin macəralarından bəhs edir.

# 807 dəfə oxunub

Oxşar xəbərlər

“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər