Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda
3 avqust 2026
# 10:46

Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

Kulis.az xəbər verir ki, ekran əsəri bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.

Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.

“44” sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.

“44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycan tarixində ən böyük kinematoqrafik layihələrdəndir.

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.

Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.

Qeyd edək ki, Özge Gürel 5 fevral 1987-ci ildə İstanbulda anadan olub. O, karyerasına "Kızım Nerede?" serialındakı Zeynep obrazı ilə başlayıb. Daha sonra "Muhteşem Yüzyıl" və "Medcezir" kimi populyar layihələrdə epizodik və köməkçi rollarda çıxış edib.
​Aktrisaya ən böyük beynəlxalq şöhrəti isə baş rolunu canlandırdığı "Kiraz Mevsimi" romantik komediya serialındakı Öykü obrazı gətirib. O, həmçinin "Dolunay" və "Bay Yanlış" seriallarında məşhur aktyor Can Yamanla birlikdə baş rolları paylaşaraq Türkiyədən kənarda da geniş tamaşaçı kütləsi toplayıb. Həm ekranlarda, həm də sosial mediada böyük izləyici kütləsinə sahib olan Özge Gürel indi də Azərbaycanın Vətən müharibəsinə həsr olunmuş "44" filmindəki iştirakı ilə yerli kinosevərlərin diqqətini üzərinə çəkir.

# 301 dəfə oxunub

Oxşar xəbərlər

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

18:00 3 avqust 2026
"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

16:50 3 avqust 2026
Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

10:30 3 avqust 2026
2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər