Gey cütlüyün heteroya "çevrilməsi" etiraza səbəb oldu

Gey cütlüyün heteroya "çevrilməsi" etiraza səbəb oldu
25 sentyabr 2025
# 15:50

Avstraliyalı rejissor Maykl Şanksın "Together" filmi Çində ciddi mübahisələrə səbəb olub.

Kulis.az xəbər verir ki, səbəb filmin ekranlara çıxan versiyasında eyni cinsdən olan cütlüyün süni yolla heteroseksual cütlüyə çevrilməsidir.

Tamaşaçılar yalnız sosial şəbəkələrdə yayılan orijinal kadrlarla müqayisədən sonra filmdə dəyişikliklərin aparıldığını başa düşüblər.

Filmin rəsmi nümayişi 19 sentyabr üçün nəzərdə tutulsa da, indiyədək kinoteatrlarda göstərilməyib. Ekran əsərinin qlobal distribütoru olan "Neon" şirkəti açıqlama yayaraq bu dəyişiklikləri “qanunsuz və icazəsiz” adlandırıb və tərəfdaşı "Hishow"dan dərhal nümayişi dayandırmağı tələb edib.

Hansı dəyişikliklər edilib?

Baş qəhrəmanın çılpaq göründüyü duş səhnəsinə əlavə buxar effekti salınıb.

Ən çox narazılıq doğuran isə homoseksual cütlüyün olduğu səhnənin dəyişdirilməsi olub: kişi siması süni intellektlə qadın üzü ilə əvəz edilib.

Filmdə eynicinsli münasibətlərə dair bəzi dialoqlar da tamamilə çıxarılıb.

Çin sosial platforması "Douban"da tamaşaçılar sərt etirazlarını bildiriblər:

“Bu, sadəcə montaj deyil, təhrif və saxtalaşdırmadır.”

“Onlar təkcə süjeti dəyişməyiblər, obrazın cinsi orientasiyasına da hörmətsizlik ediblər.”

Hazırda filmin "Douban"da reytinqi 6,9-dur.

Qeyd edək ki, Çin uzun müddətdir LGBT məzmununa senzura tətbiq edir. Ölkədə eynicinsli nikah tanınmır, bu mövzu isə ictimai müzakirələrdə tabu sayılır. Son vaxtlar senzura məqsədilə süni intellektdən də istifadə olunur. Məsələn, “Oppenheimer” filmində Florens Pyunun çılpaq səhnəsi Çin kinoteatrlarında süni intellekt vasitəsilə qara paltarla əvəz edilmişdi.

Bundan əlavə, fevral ayından bəri ölkədə azı 30 nəfər homoseksual məzmunlu erotik hekayələr yazdığı üçün həbs edilib.

# 1363 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq? - Rəsmi kastinqlərə start verildi

Yeni Ceyms Bond kim olacaq? - Rəsmi kastinqlərə start verildi

15:07 18 may 2026
Əfqanıstan müharibəsi haqqında yeni film çəkiləcək

Əfqanıstan müharibəsi haqqında yeni film çəkiləcək

10:17 18 may 2026
"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər