"Bu, çox xoşagəlməzdir!" - Leonardo Di Kaprionunun sevgilisindən ETİRAF

"Bu, çox xoşagəlməzdir!"  - Leonardo Di Kaprionunun sevgilisindən ETİRAF
26 mart 2025
# 12:27

Leonardo Di Kaprionun sevgilisi münasibətində onu nəyin əsəbiləşdirdiyini etiraf edib.

Kulis.az Lent.az-a istinadla xəbər verir ki, Hollivud aktyoru Leonardo Di Kaprionun sevgilisi – italyan model Vittoria Ceretti – onların münasibətində onu əsəbiləşdirən məqamı açıqlayaraq təəccübləndirib.

Cütlük 2023-cü ilin sentyabrında münasibətə başlayıb. Lakin pərəstişkarlar bu münasibət barədə çox şey öyrənə bilmirlər, çünki nə Di Kaprio, nə də Ceretti şəxsi həyatları barədə danışmağı sevir. Xüsusilə də, Vittoria Ceretti onların münasibətində onu ən çox narahat edən şeyin nə olduğunu etiraf edib. Məlum olub ki, modeli “Leonardo Di Kaprionun sevgilisi” etiketi ilə adlandırmaları onu narahat edir.

“Əgər sənin sevdiyindən daha çox fanatı olan biri ilə münasibətə başlayırsansa, dərhal kiminsə “qızı” ya da “oğlanı” olursan. Bu isə çox əsəbiləşdirici ola bilər. Birdən insanlar sənin haqqında hansısa şəxsin qızı, ya da kiminsə keçmiş sevgilisi kimi danışmağa başlayır. Bu, çox xoşagəlməzdir. Sevdiyin insanla sadəcə sevdiyin üçün münasibətdə ola bilməmək düşüncəsi – yalnız insanlar sənə bu cür etiketlər yapışdırmaq istədiklərinə görə – mənə ağır gəlir”, – model bildirib.

Eyni zamanda, pərəstişkarlar cütlüyün harada tanış olduqlarını da öyrənə biliblər. Bu taleyüklü görüş Milan şəhərində baş verib. Lakin model bu mövzuda daha ətraflı danışmaqdan imtina edib. Ceretti Di Kaprio ilə münasibətlərinin təfərrüatlarına varmaq istəməyib və şəxsi həyatının şəxsi qalmasını istədiyini bildirib.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin xüsusi tizeri yayımlandı

"44" bədii filminin xüsusi tizeri yayımlandı

18:54 14 oktyabr 2026
“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

18:00 14 oktyabr 2026
Avropa Film Mükafatlarına namizədlər bəlli olur:  68 film qısa siyahıya düşdü

Avropa Film Mükafatlarına namizədlər bəlli olur: 68 film qısa siyahıya düşdü

17:00 14 oktyabr 2026
Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər