Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...
19 fevral 2026
# 15:04

Dünyanın ən nüfuzlu kino festivallarından biri olan Berlin Film Festivalı xüsusilə gənc və debütant rejissorların işlərinə üstünlük verildiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, təşkilatçılar son illər kino sənayesində yeni imzaların görünməsinin vacibliyini əsas prioritetlərdən biri kimi müəyyənləşdiriblər.

Proqramda müxtəlif ölkələrdən olan gənc müəlliflərin filmlərinin sayının artırılması da bu strategiyanın tərkib hissəsi kimi təqdim olunub.

Açılış mərasimində çıxış edən Oskar mükafatlı aktrisa Mişel Yeoh kinoda müxtəlifliyin və yeni baxışların önə çəkilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, qlobal kino sənayesi yalnız yeni hekayələrə və fərqli səslərə yer verildiyi halda inkişaf edə bilər.

Berlin Film Festival kicks off with a nod to new voices from Michelle Yeoh  | Reuters

Festival çərçivəsində debüt filmlər üçün ayrıca bölmələrin gücləndirilməsi, həmçinin beynəlxalq koproduksiyalara dəstəyin artırılması planlaşdırılır. Təşkilatçılar ümid edirlər ki, bu addımlar festivalın kəşf platforması rolunu daha da möhkəmləndirəcək.

# 1338 dəfə oxunub

Oxşar xəbərlər

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

12:59 21 noyabr 2026
Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

12:00 20 noyabr 2026
Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

11:12 20 noyabr 2026
Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

12:14 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər