Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir

Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
9 sentyabr 2024
# 18:00

Rejissor Əli-Səttar Quliyevin “Stadionlar səssiz olanda” bədii filmi “Qızıl minbər” Kazan Beynəlxalq Film Festivalının iştirakçıları sırasında yer alıb.

Kulis.az xəbər verir ki, festivalda Rusiya, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Türkiyə, BƏƏ, Sinqapur, Tacikistan, Hindistan, Estoniya, Özbəkistan, Azərbaycan, Misir, İraq, Gürcüstan, Ermənistan, Latviya, Belarus, Fransa, Avstraliya, ABŞ, Kanada, Braziliya, Fələstin və Suriya istehsalı olan filmlər nümayiş olunur.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan filmin xronometrajı 71 dəqiqədir.

Ekran əsərində mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

# 1552 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər