Amerikanı silkələyən qadın - Oşonu niyə həbs etmişdilər?

Amerikanı silkələyən qadın - Oşonu niyə həbs etmişdilər?
5 iyul 2024
# 18:40

Kulis.az "Vəhşi, vəhşi ölkə" sənədli filmi haqqında Ömər Xəyyamın təəssüratını qeyd edir.


...ikinci dəfə Rajniş Baqvan, tanıdığımız kimi desəm, Oşo, onun gösətirşilə sevimli Şilanın Oreqonda yaratdığı Rajnişpuram şəhəri və sannyasinlərin qırmızımtıl dünyasından bəhs edən 6 saat 40 dəqiqəlik "Vəhşi, vəhşi ölkə" sənədli filmini izlədim.

Əgər məndən xahiş etsələr ki, sənədli filmlərin qısa siyahısını tərtib eləyim, əlbəttə, bu filmi onluğa salaram.

Film Oşonun (Baqvanın Oşoya çevrilməyi də ayrıca hekayədir) demək olar, son illərini - Oreqondakı 5 ilini, məhkəmə/istintaq prosesini və ölümünü əhatə edir.

Racnişpuramdakı qırmızımtıl kommunanın ABŞ-nin və eləcə dünyanın ictimai/siyasi, sosial/dini həyatındakı rolunu qiymətləndirməli olsaq, əlbəttə, mənim sevimli Şilamı qalib hesab etmək olar.

Sözsüz, tarixdəki ən güclü qadınlardan biridir.


Şila və Oşo. 1983

İdeyası uğrunda özünü fəda etməyi, məhkəmədə Oşonun adını çəkməməyi, cəsarəti, döyüşkənliyi və ustadını insanlığın lütfü hesab etməyi... hələ də onun adını yaşatmağı...

Oşonun vəkili də, təxminən, ustadına belə yanaşır. Xatırladıqca kövrəlir və deyir, o ruhani nemət idi, fəqət yanlış anlaşıldı.

Ümumiyyətlə bu fakt haqqında iki əsas fikir var. birincilər düşünür ki, Oşonu, qırmızımtıl ideyanı, cənnət Rajnişpuramı Şila məhv etdi, yaxud ustadının fikirlərini, məqsədini yalış təqdim etdi; ikincilər fikirləşir ki, o qırmızımtıl/bənövşəyi kommuna tamamilə fırıldaq idi.

Şila, əlbəttə, incimişdi, Oşonun hərəkətləri, oreqonluların münasibəti onu özündən çıxarmışdı. zamanla içindəki vəhşi oyanmışdı. xüsusilə, "Xaç atası" filminin prodüseri Albert Ruddinin həyat yoldaşı Hasyanın şəhərə gəlişindən sonra.

Ki, Oşonun ona xüsusi rəğbəti vardı və Şiladan sonra Hasyaya vəzifə vermişdi... Şila da səbəbləri üst-üstə qoyub Racnişpuramı tərk etmişdi və ustadının onun dalınca danışdıqlarına, onun həbsinə şərait yaratmağına rəğmən bircə dəfə də adını çəkməmişdi.

Oşonun fikirlərini, kommunasının mahiyyətini müzakirə etmək olar, əlbəttə.

Fəqət Şila bütün hallarda mənim qəhrəmanımdır...

# 2497 dəfə oxunub

Oxşar xəbərlər

Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

18:10 15 iyul 2026
2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

16:30 15 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin finalçıları müəyyən edildi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi

14:00 15 iyul 2026
Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

13:10 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər