Qısa Filmlər Festivalına qəbul başladı

Qısa Filmlər Festivalına qəbul başladı
27 iyul 2020
# 17:09

Bu il 13-17 noyabr tarixlərində Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) filmlərin qəbuluna start verilib.

Gənc Kinematoqrafçılar Birliyindən Kulis.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərdiyi festival estival bu il də "35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala 1 sentyabr tarixinə kimi təqdim edə bilərlər.

Festivalda həmçinin beynəlxalq, yerli, "CİNEMOBİL” müsabiqə bölmələri mövcuddur.

Beynəlxalq müsabiqəyə əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri ilə qatıla bilərlər.

Festivalın yerli rejissorlara ünvanlanmış proqramları zənginliyi ilə seçilir. Yerli müsabiqədə bədii, sənədli, animasiya ilə yanaşı sosial çarxlar da mübarizəyə qoşulur.

Mobil telefonla çəkilmiş filmlərin yarışdığı "CİNEMOBİL” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdə tutulub.Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum 5 dəqiqəlik ekran əsərlərini müsabiqəyə təqdim edə bilərlər.

Hər bir müəllif öz filmini festivalın saytı (www.filmfestival.az) və www.filmfreeway.com platforması üzərindən göndərə bilər.

Filmlər Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir.

Qeyd edək ki, festivalın dəstəkçiləri sırasında Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, "02 MEDİA”, ÖZ FİLM şirkətidə yer alır.

Rəsmi proqramı 20 oktyabrda açıqlanacaq olan festivalın əsas mükafatı olan "Qızıl Nar” uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

Yerli rejissorlara hər zaman dəstək olmağa çalışan kinoforumda bu il bir ilk yaşanacaq. BBQFF Yerli müsabiqənin "Ən yaxşı qısa bədii film”, "Ən yaxşı qısa sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. "Ən yaxşı qısa animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyata keçirəcək.

2004-cü ildə təsis edilən Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü və ən böyük kino festivalıdır.

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox filmarasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar beş gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

# 3170 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər