Nolanın yeni filmi təqdim olunacaq

Nolanın yeni filmi təqdim olunacaq
28 iyul 2020
# 18:17

Amerikanın “Warner Bros” kinostudiyası rejissor Kristofer Nolanın ekranlaşdırdığı “Arqument” filminin premyerasını avqustun 26-a təyin edib.

Kulis.az xəbər verir ki, bu barədə kinostudiya özünün “Twitter” səhifəsində yazıb.

Kinostudiya IMAX kameraları ilə çəkilən ekran əsərinin seansına biletlərin yaxın zamanlarda satışa çıxarılacağına söz versə də gününü təyin etməyib.

Kristofer Nolanın bu yeni əsəri dünyanı xilas etməyə çalışan agentdən bəhs edir. Baş rolları Robert Pattinson və Con Devid Vaşinqton canlandırıb.

Qeyd edək ki, ilkin olaraq filmin nümayişi iyulun 17-nə nəzərdə tutulmuşdu. Ancaq sonradan pandemiya ilə əlaqədar olaraq bir neçə dəfə təxirə salındı. Bundan öncə filmin debütü iyulun 31-nə, sonra isə avqustun 12-nə təyin edilmişdi. /azertag.az/

# 2931 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər