Nizami Gəncəviyə həsr olunan müsabiqə keçirildi

Nizami Gəncəviyə həsr olunan müsabiqə keçirildi
1 may 2021
# 14:20

Teatr Xadimləri İttifaqı Nizami Gəncəviyə həsr olunan bədii qiraət müsabiqəsi keçirib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 29-30 apreldə «Sənsiz» adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Giriş sözü ilə tədbiri açan İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqə ilə bağlı ətraflı məlumat verib, onun əhəmiyyətindən danışıb. Sonra iştirakçıların çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar aprelin 30-da mükafatlandırılıb.

Qərara əsasən birinci yerin qalibi müəyyənləşməyib. II yerin qalibləri Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov, III yerin qalibləri Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyeva olub.

Bundan başqa “Münsiflər heyətinin xüsusi diplomu ilə” və “Müsabiqədə iştiraka görə” təltif olunanlar da olub.

Münsiflər heyətinin xüsusi diplomu ilə təltif olunanlar:

Şirinova Naibə Həmdulla qızı (Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri)

Məmmədzadə Nəsimi Əyyub oğlu (Naxçıvan Dövlət Musiqili Dram Teatrı)

Kərimova Gülər Rövşən qızı (Lənkəran Dövlət Dram Teatrı)

Muradov Elçin Əkrəm oğlu (Bakı Bələdiyyə Teatrı)

Nəzərova Dilarə Vaqif qızı (ADMİU-nun tələbəsi)

Müsabiqədə iştiraka görə təltif olunanlar:

Fətullayeva Aygün Bəhruz qızı (Dövlət Gənc Tamaşaçılar Teatrı)

Hümbətov Elmir Uğurlu oğlu (Ağdam Dövlət Dram Teatrı)

Muradlı Kamran Əhməd oğlu (Sumqayıt Dövlət Dram Teatrı)

Qarayev Qaçaq Məhərrəm oğlu (Füzuli Dövlət Dram Teatrı)

Zəmanə Dərviş (Qazax Dövlət Dram Teatrı)

Hacızadə Vəfa Nadir qızı (Lənkəran Dövlət Dram Teatrı)

Səfərova Kəmalə Mazanovna (Qusar Dövlət Ləzgi Dram Teatrı)

Qasımova Fatimə Bəxtiyar qızı (ADMİU-nun tələbəsi)

Zeynalova Aytac Rizvan qızı (ADMİU-nun tələbəsi)

Tədbirdə eyni zamanda Nizami Gəncəviyə həsr olunan videoçarx nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak edən teatr xadimlərinə təşəkkürünü bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini yüksək qiymətləndirib. Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif yaddaqalan tədbirlər keçirəcək, ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığının təbliğinə, milli mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, münsiflər heyətində Teatr Xadimləri İttifaqının “Dramaturgiya” laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın rəhbəri, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, “Aktyorluq laboratoriyası”nın rəhbəri Məhəmməd Verdiyev, ADMİU-nun kafedra müdiri, əməkdar artist Azad Şükürov, Teatr Xadimləri İttifaqının sədri müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunub.

# 2568 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər