Nazirlik ssenari müsabiqəsinin nəticəsini açıqladı - Siyahı

Nazirlik ssenari müsabiqəsinin nəticəsini açıqladı - Siyahı
31 yanvar 2020
# 13:23

Mədəniyyət Nazirliyi tərəfindən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri bəlli olub.

Mədəniyyət Nazirliyindən Kulis.az -a verilən məlumata görə kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən Münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib.

Tammetrajlı bədii

“Olimpiya” – Rüstəm Babazadə

“Zamandan kənarda” – Yavər Rzayev

“Ata” – Fariz Əhmədov, Esmira Əyyub

“Bağlı otaq” – Ramiz Fətəliyev.

Qısametrajlı bədii

“Borc” – Ülviyyə Heydərova ,

“Snayper” – Əyyub Qiyas,

“Buludlar” – Behzad Əhmədov,

“Yonca tarlası” – Bəhruz Mustafayev

Animasiya

“Tıq-tıq və dostları möcüzələr axtarışında - 2” – Sultan Abbasbəyli

“Dostum Mimi” – Reyhan Yusifqızı

“Sehrli planşet” – Vüqar Haqverdiyev

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə 2019-cu il noyabr ayının 1-dən Mədəniyyət Nazirliyi tərəfindən bədii və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdu.

# 3176 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər